02:54 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Aida İmanquliyeva - Azərbaycan şərqşünaslığının şöhrətli siması

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:48 10.10.2021

 

Tanınmış şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva keçən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan ərəbşünaslıq elminin nüfuzunu artıran elmi əsərlər müəllifi kimi tanınmağa başlamışdır. O, eyni zamanda ərəbşünaslıq sahəsində Azərbaycanın qadın alimi kimi şöhrətlənmişdir.

Professor Aida İmanquliyeva yeni ərəb ədəbiyyatının elə bir sahəsi ilə məşğul olmuşdur ki, bu sahə dünya şərqşünaslığında çox az öyrənilmiş və mübahisə doğuran bir sıra məsələlər tədqiqatçıların diqqətindən kənarda qalmışdı. Azərbaycan alimi yeni tədqiqatları ilə ərəb ədəbiyyatının xüsusi bir dövrünü təşkil edən məhcər ədəbiyyatını (ərəb ölkələrindən kənarda, əsasən Amerika qitəsinə və Avropaya köçmüş şair və ədiblərin irsi) elmi-nəzəri və filoloji aspektdə öyrənməklə dünya şərqşünaslığına yeni töhfə verdi. “Yeni ərəb ədəbiyyatı korifeyləri” adlı sanballı tədqiqatında alim ədəbiyyatın göstərilən dövrü ilə yanaşı, Şərq-Qərb və ərəb-Avropa ədəbi əlaqələrinin təhlili və dəyərləndirilməsində yeni və maraqlı elmi nəticələr əldə etmişdir.

Yeni dövr ərəb məhcər ədəbiyyatı və onun Qərblə əlaqələrinin özəlliklərinin ilk dəfə olaraq ədəbi-nəzəri mühakimələr və bədii mətnlər əsasında öyrənilməsi professor Aida İmanquliyevaya məxsusdur. Azərbaycan aliminin ərəb məhcər ədəbiyyatı haqqında tədqiqatları ərəb-Avropa və Amerika ədəbi əlaqələrinin obyektiv elmi əsaslarla və geniş şəkildə öyrənilməsi sahəsində yeni bir mərhələdir. O, özündən əvvəl aparılmış tədqiqatları nəzərdən keçirmiş, Avropa, rus, sovet və ərəb alimlərinin məhcər ədəbiyyatı ilə bağlı araşdırmalarındakı dəyərli fikirləri xüsusi qayğı ilə öyrənmişdir. Onun tədqiqatlarında Cübran Xəlil Cübran, Mixail Nueymə, Əmin ər-Reyhani və İlya Əbu Madiyə, Qərb romantik məktəbinin təsirini şişirtməyən akademik İ.Y.Kraçkovskinin müəyyənləşdirdiyi metodoloji müddəalar əsas götürülür. “Yeni ərəb ədəbiyyatı korifeyləri” kitabında Aida İmanquliyeva “Suriya-Amerika məktəbi”nin nümayəndələri Cübran, ər-Reyhani və Nüaymənin yaradıcılığının təkamülünü Qərb romantizmi və rus tənqidi realizminin təsiri altında tədqiq edir. Bu, eyni zamanda yeni ərəb ədəbiyyatı ilə dünya ədəbiyyatının müxtəlif cərəyanlarının və bədii metodlarının qarşılıqlı əlaqəsi tarixinin tədqiqidir.

Professor Aida İmanquliyeva ərəb-Avropa ədəbi əlaqələrinin tarixinə nəzər yetirir, maarifçilik dönəmində onun vəziyyətini təhlil edir və romantizm ədəbi cərəyanının təsirini müəyyənləşdirir. O, ədəbi əlaqələri milli özünəməxsusluq və qarşılıqlı ədəbi təsirlər problemi müstəvisində öyrənir.

Cübran irsinin tədqiqində alim onun yaradıcılığının ilk dövründə müşahidə edilən sentimentalizmi “Banlı Marta”, “Hanili Varda” və “Qırılmış qanadlar” povestləri əsasında açıb göstərir. Yazıçı tərəfindən ingilis və Amerika romantizm metodunun mənimsənilməsi “Göz yaşı və təbəssüm”, “Tufanlar” və “Peyğəmbər” əsərinin təhlili işığında verilir.

Professor Aida İmanquliyevanın tədqiqatında Əmin ər-Reyhani yeni ərəb ədəbiyyatında romantizmin təşəkkülündə fəal rolu olan bir ədib kimi təqdim edilir. Ər-Reyhani ərəb romantik ədəbiyyatının janr tərkibinə, mövzu seçiminə və poetikasına gətirdiyi rəngarəngliyi ilə seçilir. Onun yaradıcılığında romantizm milli xarakter kəsb edir. Ər-Reyhani romantizminin özünəməxsusluğu onun yüksək sənətkarlıqla yazdığı əsərlərində, o cümlədən “Hərəmxana divanlarından kənarda” povestində əks olunmuşdur.

Görkəmli tədqiqatçı ərəb məhcər ədəbiyyatının bariz nümayəndəsi Mixail Nüaymənin əsərlərindəki Qərb ədəbi təsirlərini daha geniş şəkildə öyrənmiş və onların rus ədəbiyyatı çərçivəsində olduğunu müəyyənləşdirmişdir. O, Nüaymənin ədəbi zövqünün formalaşmasında V.Belinskinin bədii-estetik konsepsiyasının, L.Tolstoyun fəlsəfi-dini və humanist ideallarının, İ.Turgenev və A.Çexov realizminin rolunu açır. İrəli sürülən fikirlərin şərhi konkret bədii əsərlərin müqayisəli təhlili əsasında aparılır.

Müqayisəli ədəbiyyatşünaslığın obyektiv tələblərindən çıxış edən professor Aida İmanquliyeva məhcər şairlərinin ədəbi-bədii zövqünün formalaşmasında yeni ideya və yeni poetik formalara malik olan Qərb ədəbi-mədəni irsinin rolunu göstərir. Onun qənaətinə görə, “Suriya-Amerika məktəbi”nin təmsilçiləri yeni ədəbi üslubun yaradıcıları kimi ərəb klassiklərinə qayğı ilə yanaşmış, arxaik sözlərdən, ağır sintaktik birləşmələrdən, yorucu ritorik ifadələrdən azad olmağa çalışmışlar. Cübran, ər-Reyhani və Nüaymə ingilis və Amerika romantizmi, rus tənqidi realizmi üçün səciyyəvi olan ideya və üslublardan bəhrələnmiş, fərdi yaradıcı formaya mənsub bədii metodlardan istifadə etməklə yeni poetik janrların (əş-şi'rul-mənsur, esse, etüd) inkişafını təmin etmişlər. Onların yaradıcılığında Qərb romantizmi yaradıcı bir metod kimi özünü göstərir. Cübran və ər-Reyhani bu metodu ərəb şeiri ənənələri əsasında zənginləşdirmişlər. A.İmanquliyevanın qənaətinə görə, ərəb ədəbiyyatının ənənələri və Qərb romantizminin mürəkkəb sintezi nəticəsində məhcər şairlərinin əsərlərində bu ədəbi əlaqəyə Şərq-Qərb mədəniyyətlərinin qarşılıqlı təsiri və dünya ədəbi prosesində ümumbəşəri problemin qoyuluşu səviyyəsinə yüksəlməyə imkan verilmişdir.

Professor Aida İmanquliyeva məhcər ədəbiyyatının təşəkkül tapdığı Qərb ədəbi mühitinin modernist cərəyanlarının bütün yönlərini və bu mühitdə yaşayan ərəb şair və yazıçıların yaradıcılıq özəlliklərini öyrənməyə nail olmuşdur. Transendentalizmdə ərəb poetik ənənələrinə məxsus əlamətlər, ərəb romantizminin fəlsəfi və didaktik mahiyyətinin qabarıq şəkildə özünü göstərməsi, habelə başqa cizgilər onun tədqiqatlarında izahını tapmışdır.

Azərbaycan və dünya ərəbşünaslığında professor A.İmanquliyevanın xidmətləri böyük olduğu kimi, yeni keyfiyyətləri ilə də fərqlənir. Alim yeni ərəb ədəbiyyatı korifeylərinin yaradıcılığı əsasında bəşər mədəniyyətinin birliyinin müstəsna əhəmiyyətə malik olduğunu göstərmişdir.

Azərbaycan aliminin araşdırmaları dünya şərqşünaslıq elmində və ölkəmizdə böyük maraq doğurmuşdur. AMEA- nın müxbir üzvü Səlahəddin Xəlilov haqlı olaraq Aida İmanquliyevanın adını Azərbaycanda məşhur olan şərqşünasların sırasına daxil edir. Akademik Vasim Məmmədəliyev qeyd edir ki, Aida xanım yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir. Rus şərqşünaslığını təmsil edən akademik Aleksandr Kudelin çıxışlarında və yazılarında Azərbaycan aliminin dünya şöhrətindən bəhs edir. Onun əsərləri mütəxəssislərin stolüstü kitablarına çevrilmişdir. Bu baxımdan akademik Gövhər Baxşəliyeva və professor Vilayət Cəfərov Aida İmanquliyevanın elmi irsinin böyük hissəsini toplayıb elmi ictimaiyyətə çatdırmaqla xeyirxah iş görmüşlər.

Professor Aida İmanquliyevanın yeni ərəb ədəbiyyatında açdığı istiqamət sonrakı nəsillər tərəfindən də davam etdirilmişdir. Məhcər ədəbiyyatının öyrənilməsində onun qənaət və nəticələrinə əsaslanan Azərbaycan alimləri - filologiya elmləri doktoru Bəsirə Əzizəliyeva, fəlsəfə doktorları Mahir Həmidov, Fatma Kərimova, Xuraman Əliyeva tədqiqatlarında yeni materiallardan istifadə etməklə araşdırmalarını dərinləşdirməyə çalışmışlar.

Professor Aida İmanquliyevanın elmi-təşkilati fəaliyyəti nəticəsində Azərbaycan şərqşünaslıq elmində bir çox uğur qazanılmışdır. Onun AMEA Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bir sıra beynəlxalq simpozium və konfranslar təşkil edilmiş, respublika miqyaslı elmi tədbirlər keçirilmişdir.

Aida İmanquliyeva uzun müddət Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakultəsində ərəb ədəbiyyatı fənnindən mühazirələr oxumuş, dissertasiya və diplom işlərinə rəhbərlik etmişdir.

Aida İmanquliyevanın həmkarları, məktəbinin davamçıları və tələbələri onun xatirəsini həmişə əziz tuturlar.

 

İmamverdi HAMİDOV,

professor



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM