09 Iyun 2021 09:47
651
CƏMİYYƏT
A- A+

AHİK mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı 78 beynəlxalq təşkilata müraciət edib

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Kəlbəcərə ezam olunmuş mətbuat nümayəndələrinin və digər mülki şəxslərin minaya düşərək həlak olması və yaralanması ilə bağlı 78 beynəlxalq təşkilata - Avropa ölkələrinin həmkarlar ittifaqlarına, BMT-nin əmək sahəsi üzrə ixtisaslaşmış qurumlarına, beynəlxalq media təşkilatlarına, insan hüquq və azadlıqları üzrə təsisatlara və digər beynəlxalq subyektlərə müraciət ünvanlayıb.

AHİK-dən AZƏRTAC-a bildirilib ki, müraciətdə ötən ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanata Ermənistan tərəfindən əməl olunmaması, həmçinin beynəlxalq səviyyədə hamılıqla qəbul olunmuş konvensiyalara və əldə edilən razılıqlara zidd olaraq işğaldan azad olunmuş ərazilərdə yerləşdirilmiş minaların xəritələrinin Azərbaycana verilməməsi pislənilir.

Bildirilir ki, Ermənistanın bu insanlıq əleyhinə yönəlmiş qanunsuz əməlləri nəticəsində yüzlərlə günahsız və dinc insan həlak olur. Bu da terrorun Ermənistan tərəfindən dövlət səviyyəsində təşkil olunduğunu göstərir.

Həmçinin müraciətdə Ermənistanın bu kimi əməllərinə beynəlxalq təşkilatlar tərəfindən hüquqi və siyasi qiymət verilməsi, dünya ictimaiyyəti tərəfindən qınanılması, eləcə də gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsinə dair beynəlxalq qurumlar və dövlətlər tərəfindən Ermənistana təzyiq göstərilməsinin vacibliyi vurğulanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video