03:49 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Ağsu möcüzəsi» Türkiyədə
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:02 19.02.2012

 

Orta əsr Ağsu şəhərinin aşkar olunmuş qalıqlarından ibarət əşyaların sərgisinin müntəzəm olaraq keçirilməsi maddi-mədəniyyətimizin təbliği məsələsində mühüm rol oynayır. Türkiyənin Muğla Universitetinin Azərbaycan Kültür və Dayanışma Dərnəyi "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyin təşkilatçılığı ilə "Ağsu möcüzəsi"nin sərgisini keçirib.

Muğla Universitetinin Atatürk Mədəniyyət Mərkəzində keçirilən tədbirin açılışında şəhər valisinin müavini Faruk Necmi Kurt, bölgənin mədəniyyət və turizm müdiri, doktor Kamil Özer, Muğla Universiteti rektorunun baş müşaviri, professor Mustafa Volkan Coşkun, universitetin arxeologiya şöbəsinin müdiri, professor Adnan Diler, Muğla Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Atacan Sayılan iştirak ediblər.

"Miras" İctimai Birliyinin rəhbəri, tarix elmləri üzrə fəlsəfə doktoru Fariz Xəlilli sərgi və Ağsuda aparılan arxeoloji tədqiqatların mahiyyəti və əhəmiyyəti barədə sərgi iştirakçılarına geniş məlumat verib.

Tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyasının 2010-2011-ci illərdə orta əsr Ağsu şəhər yerində qazıntılar zamanı XII və XVIII əsrlərə aid çoxsaylı tikinti qalıqlarını, zəngin maddi-mədəniyyət nümunələrini aşkar etməsi barədə söz açılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM