18:37 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağstafada Vətən müharibəsi şəhidinin xatirəsinə bulaq inşa edilmişdir

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:39 13.04.2021

 

Vətən müharibəsinə könüllü qatılan və döyüşlərin birində şəhidlik zirvəsinə ucalan Elnur Həsənovun adını əbədiləşdirmək üçün Ağstafa şəhərində “Şəhid bulağı” inşa edilmişdir.

Bulaq kompleksinin açılışında rayon icra hakimiyyətinin nümayəndələri, şəhidin valideynləri, yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov, şəhidin atası Elman Həsənov və başqaları çıxış edərək torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığından, eləcə də ölkəmizdə şəhid ailələrinə və qazilərə, dövlət səviyyəsində göstərilən  diqqət və qayğıdan söhbət açmışılar. Qeyd edilmişdir ki, Elnur Həsənov Füzuli, Laçın və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmiş, noyabrın 8-də Şuşa şəhərinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşa uğrunda” medalları ilə təltif olunan Elnurun xatirəsi  ağstafalılar tərəfindən əziz tutulur və bulaq da həmin ehtiramın ifadəsidir. Sonda tədbir iştirakçıları şəhidin xatirə lövhəsinin önünə tər qərənfillər düzmüşlər.

 

 Sabir ƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM