06:09 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


00:42 06.08.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağstafa taxılçıları istehsalı həm də məhsuldar toxumlar hesabına artırırlar

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:02 22.06.2021

 

Ağstafada taxılçılığa maraq ildən-ilə artır. Keçən il 10288 hektar sahədə taxıl yetişdirən fermerlər hər hektardan 36,4 sentner buğda, 28,1 sentner arpa götürmüşlər. Bu nailiyyətdən ruhlanan təsərrüfat sahibləri cari ilin məhsulu üçün əkin sahələrini 2 min hektar genişləndirmişlər. Amma əsas məqsəd istehsalı məhsuldar toxumlar hesabına artırmaqdır.

Rayonda fəaliyyət göstərən böyük taxılçılıq təsərrüfatlarından birinə Aşağı Kəsəmən kənd sakini Adil Nəsibov rəhbərlik edir. Taxılçılıq sahəsində zəngin təcrübə qazanan fermer hər il yüksək reproduksiyalı buğda toxumu istehsal edərək fermerlərə satır. Rayonda taxılçılıqla məşğul olan əksər fermerlər demək olar ki, toxumu bu təsərrüfatdan alırlar və onun məhsuldarlığından razıdılrlar.

Adil Nəsibov bu ilin məhsulu üçün taxıl sahəsini artıraraq 200 hektara çatdırmışdır. Keçən il hər hektardan 40 sentner məhsul götürən fermer cari ildə bu rəqəmin daha çox olacağını söyləyir. Onu da qeyd edək ki, fermer taxılın səpilməsindən yığımınadək bütün işləri özünə məxsus texnika ilə həyata keçirir. Hətta toxumun çeşidlənməsi və tədarükü üçün lazımi avadanlıqları var. Məhsulu da özünün 2 kombaynı ilə biçir və birini də özü sürür. Təsərrüfatında biçin başa çatan kimi isə kombaynları kömək üçün digər təsərrüfatlara göndərəcək.   

Hər il bu təsərrüfatdan toxum alan fermer Etibar Əsgərov deyir ki, Ağgöl kəndi ərazisində icarəyə götürdüyü 140 hektar sahənin 100 hektarında taxıl əkir və yüksək məhsuldarlığa nail olur. Bir neçə ildir ki, hər hektardan 37 sentner taxıl götürür.

Rayondakı böyük taxıl istehsalçısı olan təsərrüfatlardan biri də Ağstafa Aqrar Sənaye Kompleksidir. Təsərrüfat, əsasən, buğda istehsalı ilə məşğuldur. Keçən il hər hektardan 45 sentner taxıl götürən kollektiv bu ilin məhsulu üçün 1800 hektar sahədə taxıl yetişdirmişdir. Kollektiv cari ildə məhsuldarlığın daha yüksək olacağına əmindir.

Fermer Asif Allahverdiyev də taxıl sahələrini artırmışdır. O, icarəyə götürdüyü pay torpaqlarında məhsuldar taxıl sortları yetişdirməklə xeyli qazanc əldə edir. Dağ Kəsəmən kəndinin sakini Nəsib Qədiməliyev də taxılçılıqda zəngin təcrübə toplamışdır. Fermer cari ilin məhsulu üçün 100 hektar sahədə taxıl yetişdirib. Keçən il hər hektardan 36,5 sentner məhsul götürən təsərrüfat sahibi deyir ki, dilini yaxşı bilsən, taxılçılıq gəlirli sahədir: “Bunun üçün torpağın strukturunu bilmək, aqrotexniki tədbirləri vaxtında aparmaq lazımdır. Ən vacibi də odur ki, gərək bitkinin vegetasiya dövrünü diqqətdə saxlayasan, gübrəsini və suyunu vaxtında verəsən”.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM