28 Oktyabr 2019 15:22
2219
Səfərlər
A- A+

Ağdaşda “Şəbəkə” Xidmət Mərkəzi istifadəyə verilib


Oktyabrın 28-də Ağdaş Rayon Telekommunikasiya Qovşağında "Şəbəkə” Xidmət Mərkəzi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Şəbəkə” Xidmət Mərkəzi ilə tanış olub.

Qeyd edək ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində də kompleks yenidənqurma tədbirləri reallaşdırılır. Yüksək texnoloji tutumlu və rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunun genişləndirilməsi, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edir. Bunun üçün bir neçə perspektiv layihələr üzrə əməli işlər görülür. Bunlardan biri də Prezident İlham Əliyevin tapşırıqlarına əsasən 2017-ci il fevralın 10-da "Şəbəkə" xidmət mərkəzlərinin yaradılmasıdır. Yaradılan müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkandan təqdim olunur. "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən əlavə bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, "Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və pul köçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və "Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev xidmətin fəaliyyət istiqamətləri barədə dövlətimizin başçısına məlumat verdilər. Bildirildi ki, "Şəbəkə” Xidmət Mərkəzinin yaradılmasında məqsəd nazirliyin bütün xidmətlərini əhaliyə vahid məkanda təqdim etməkdir. Xidmətləri vahid məkanda cəmləməklə vətəndaşların vaxt itkisini aradan qaldırmaq, həmçinin xidmətlərə görə dövlət xərclərinə qənaət etmək mümkün olacaq.

Diqqətə çatdırıldı ki, "Şəbəkə” Xidmət Mərkəzində poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, IMEI qeydiyyat, elektron hökumət, elektron imza, valyuta mübadiləsi, aviabiletlərin və turpaketlərin satışı və digər bir çox xidmət növləri təqdim olunacaq.

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video