27 Noyabr 2021 01:36
934
Təhsil
A- A+

Ağdaşda “Çempionumuz” layihəsi çərçivəsində məktəblilərlə görüş təşkil edilib

 

“Çempionumuz” layihəsi çərçivəsində Ağdaşın Orta Ləki kənd tam orta məktəbində idmanın taekvondo növü üzrə paralimpiyaçı Ayxan Nuruyev ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə rayon gənclər və idman idarəsinin rəisi Azad Gözəlov, taekvondo idman növü üzrə məşqçi müəllim Eşqin İsmayılov layihə ilə əlaqədar məktəblilərə ətraflı məlumat verib, Ayxan Nuriyevin idmanda qazandığı uğurlar haqqında danışıblar. Ayxan Nuriyev çox sevdiyi, həm də heç də asan olmayan idman sahəsindəki fəaliyyətindən danışıb, ayrı-ayrı yarışlardan xatirələr söyləyib, habelə məktəbliləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, layihə çərçivəsində həyata keçirilən tədbirdə əsas məqsəd bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işinin artırılması və idman sahəsində nailiyyət qazanmış rayon idmançılarının tanıdılmasıdır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video