26 Noyabr 2021 18:18
129
CƏMİYYƏT
A- A+

Ağdaşda Bəhman Məmmədovun adına tikilən bulağın açılışı olub

 

Ağdaş rayonunun Qəribli kəndində Birinci Qarabağ müharibəsində itkin düşən Bəhman Balakişi oğlu Məmmədovun adına inşa olunan bulağın açılışı olub. Bir vaxt təhsil aldığı kənd məktəbinin həyətində tikilən bulağın açılışında rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, kənd sakinləri, müəllimlər, şagirdlər, Bəhmanın yaxınları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bulağın açılış mərasimində əvvəl Dövlət Himni səsləndirilib, Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan və itkin düşənlərin xatirələri ehtiramla yad olunub. Çıxışlarda Bəhman Məmmədovun həyatından, Birinci Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan mübarizədən danışılıb. Vurğulanıb ki, Bəhman 1975-ci il mayın 17-də Ağdaşın Qəribli kəndində dünyaya göz açıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində “böyük Ermənistan” xülyasına qapanaraq öz havadarlarının köməyi ilə Azərbaycana hücum edən Ermənistan ordusuna qarşı döyüşlər başlananda minlərlə Vətən oğlu kimi Bəhman da könüllü olaraq cəbhəyə gedib, igidliklə döyüşüb. 1994-cü il aprelin 18-də Ağdamın Cavahirlər kəndi uğrunda döyüşlər zamanı itkin düşüb. O vaxtdan xeyli illər keçsə də valideynləri, yaşıdları onun qayıdacağına ümidlərini itirməyiblər. Elə buna görə də bulağın açılışında çıxış edən həmkəndliləri, eləcə də atası Balakişi Məmmədov Bəhmanın gələcəyinə inamlarını ifadə ediblər.

Açılış mərasimində məktəblilərin ifasında nümayiş etdirilən ədəbi-bədii kompozisiyada da bu ümid, bu inam hiss olunurdu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video