07:40 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağdamın ağ günləri başlayır

ANA SƏHİFƏ / SİYASƏT
01:04 04.06.2021

 

Hüseyn QARAŞOV: “Prezident İlham Əliyev “ruhlar şəhəri”ni möcüzələr diyarı edəcək”

 

“Sonuncu dəfə Ağdam şəhərini 1993-ü il iyunun 17-də görmüşdüm. Düz 28 il sonra ən böyük arzum, xəyalım gerçəkləşdi. Yenidən Ağdam şəhərinə ayaq basdım. Gördüyüm mənzərə dəhşətli idi. Yerlə-yeksan edilmiş, darmadağın olunmuş yurd yeri...

Amma işğaldan azad olunandan sonra Ağdama ikinci dəfə səfər edən Prezident İlham Əliyevin təsdiqlədiyi Baş Planla tanış olanda fəxarət hissi yaşadım və əmin oldum ki, hər bir vədinə sadiq olan liderimiz doğma Ağdamı yenidən Qarabağın ən dilbər güşəsinə çevirəcək, əvvəlki şöhrətini özünə qaytaracaq”.

 

“Çox qürurverici tarixi hadisəyə şahidlik etdim”

 

Ötən həftə Ağdam şəhərində gerçəkləşən tarixi hadisəyə şahidlik edənlərdən biri də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşovdur. İşğaldan azad olunandan sonra Ağdama ilk səfərinin və məhz belə bir tarixi hadisəyə şahidlik etməsinin təəssüratlarını bizimlə bölüşən Hüseyn Qaraşov ötən 28 il ərzində belə sevinc hissi yaşamadığını deyir. Onun sözlərinə görə, qalib sərkərdə kimi Ağdama növbəti səfərini edən Prezident İlham Əliyev Ağdamın Baş Planını rayonun ziyalıları və ictimaiyyət nümayəndələri yanında təsdiq edərək bir daha dünyaya nümayiş etdirdi ki, qüdrətli Azərbaycan dövləti düşmənin daşı daş üstündə qoymadığı şəhər və rayonları, qəsəbə və kəndləri tezliklə ən müasir standartlara uyğun yenidən quracaq:

“Çox qürurverici tarixi hadisəyə şahidlik etdim. Hər il bayramlarda niyyət edirdik ki, gələn bayramı Qarabağ torpağında qeyd edək. Artıq arzularımız, niyyətlərimiz gerçəkləşib və bu xoşbəxtliyi bizə qətiyyətli, mətin sərkərdəmiz, uzaqgörən Prezident İlham Əliyev yaşadır. Qarabağı 44 günə “Dəmir yumruq” əməliyyatı ilə düşmən tapdağından azad edən Ali Baş Komandan indi dəmir iradə ilə o torpaqlara yeni həyat verir, doğma el-obamızı cənnətə çevirir. Hər zaman dövlət başçısının siyasətinin dəstəkçisi olan ölkə ziyalıları, ağsaqqallar birmənalı şəkildə Prezidentə təşəkkür edir və xeyir-dualarını verirlər”.

Hüseyn Qaraşov deyir ki, Respublika Günündə Ağdam ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə şəhərin Baş Planının təqdim edilməsi sözün əsl mənasında Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanmasının göstəricisidir. Professorun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə təsdiqlənən ilk Baş Planın uğurlu icrası Ağdamı dünyanın ən yaşıl və ən modern şəhərlərindən birinə çevirəcək. Reallaşacaq layihələrə gəlincə isə professor vurğuladı ki, Baş Planda nəzərdə tutulan bütün infrastrukturun yaradılmasından sonra Ağdam respublikada ərazisinə görə üçüncü böyük şəhər olacaq: “Prezident Ağdam ziyalıları qarşısında səmimi çıxış etdi. Bir daha bəlli oldu ki, bütün işlər öncədən Ağdam ictimaiyyətinin nümayəndələri ilə məsləhətləşdirilib və təsdiqlənmiş qaydada aparılır. Bu da dövlət başçısının sistemli, məqsədyönlü işinin və xalqının rəyinə hörmətinin əlamətidir. Baş Plan ilə tanışlıq göstərdi ki, şəhər tamamilə yenidən qurulacaq. Prezident də bildirdi ki, hazırlanan plan şəhərsalma prinsiplərinin müasir konsepsiyasıdır. Bu konsepsiya əsasında Ağdam yenidən qurulduqdan sonra dünya üçün nümunə olacaq. Plana əsasən Ağdam şəhərinin ərazisi iki dəfə böyüdüləcək, şəhərdə tramvay xətti çəkiləcək, bağlar, parklar salınacaq, təhsil müəssisələri, mədəniyyət ocaqları, muzeylər tikiləcək, sənaye parkı açılacaq. Bir sözlə, qısa müddətdə yeni, müasir Ağdam qurulacaq. Prezidentin söylədiyi kimi, elə bir Ağdam qurulacaq ki, bütün dünya üçün örnək olacaq. Beləliklə, Ağdamın ağ günləri başlayır. Prezident İlham Əliyev “ruhlar şəhəri”ni möcüzələr diyarına çevirir”.

 

Qalalar bərpa ediləcək, simvollar qorunacaq, Ağdam düşmənə gözdağı olacaq

 

H.Qaraşovun fikrincə, səfər zamanı yaşanan reallıqların, təməli qoyulan obyektlərin əksəriyyətinin ayrı-ayrılıqda rəmzi mənası var. Ağdam şəhərinin yenidən qurulmasına 140 illik tarixə malik 1 saylı məktəbdən başlanması gələcək nəsillərə ismarıc idi: “Prezident bununla göstərdi ki, qurub yaratdığı yeni Azərbaycanın, Qarabağın gələcəyini savadlı gənc nəslin etibarlı əllərinə təslim edirik. Bu məktəbdə gələcəyin mütəfəkkirləri, ziyalıları təhsil alacaq və Ağdamın yeni tarixini yazacaqlar”. 

Ağdamda Şahbulaq qalası da yenidən qurulacaq. XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib.

Hüseyn Qaraşov deyir ki, qalanın yenidən qurulmasının rəmzi mənası var. Ağdam düşmənə yenə də gözdağı olacaqdır. Ağdamın ağ daşlarından istifadə etməklə  beşmərtəbəli Ağ evin təməlinin qoyulması isə rayonun simvolu olacaq. Cənab Prezident Ağdamın köhnə simvollarının qorunması şərti ilə yeni müasir şəhər yaradır. Professorun sözlərinə görə, müharibədən çıxmış bir dövlətin qlobal pandemiya ilə mübarizə şəraitində, dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Ağdamda və işğaldan azad olunan digər ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarını reallaşdırması, şəhərlərin bərpasına start verilməsi ölkənin gücünü nümayiş etdirir.

Hüseyn Qaraşov deyir ki, bu tarixi mərasimdə iştirak edənlər bir daha dövlət başçısının torpağa, xalqa nə qədər bağlı olduğuna şahidlik etdilər. Prezidentin qətiyyətli çıxışı, düşmənə və onun havadarlarına ünvanladığı mesajlar isə hər kəsi fərəhləndirir: “Prezidentimizlə hər zaman qürur duymuşuq və bu gün fəxarətlə deyirik: nə yaxşı ki, İlham Əliyev kimi güclü, qətiyyətli liderimiz var. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən cənab İlham Əliyev 2003-cü ildən bugünədək dövlət başçısı kimi xalqının qarşısında verdiyi vədlərin hamısını icra edib, götürdüyü bütün öhdəlikləri ləyaqətlə yerinə yetirib. Prezident seçildiyi gündən işğal altında olan torpaqlarımızın azad olunacağını əminliklə deyirdi və bu yolda yorulmadan mücadilə etdi, bütün təzyiqlərə, çətinliklərə baxmayaraq, vədini sədaqətlə yerinə yetirdi. Mayın 28-də Ağdama səfəri zamanı söylədiyi fikirlər isə bir daha göstərdi ki, cənab İlham Əliyev Azərbaycanı növbəti böyük zəfərlərə və daha xoşbəxt gələcəyə aparır”.

 

R.BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM