11 Avqust 2021 00:55
1534
Təhsil
A- A+

Ağdamda təhsil ocaqları yenidən qurulacaq

 

Xəbər verildiyi kimi, Prezidentin 4 avqust 2021-ci il tarixli sərəncamı ilə Ermənistan silahlı qüvvələrinin keçən il sentyabrın 27-dən başlayan ölkəmizin ərazisinə təcavüzü nəticəsində zərərçəkmiş təhsil müəssisələrində təmir-tikinti işləri üçün 7 milyon manat vəsait ayrılmışdır.

Dağıdılan məktəblər Ağdamda da az deyil. Təkcə İkinci Qarabağ müharibəsi zamanı rayon ərazisində fəaliyyət göstərən 59 ümumtəhsil məktəbindən 17-sinə zərər dəymişdir. Birinci Sarıcalı, Hacıturalı, Gülbaharlı kənd, Dördyol-2 qəsəbə, 114 və 22 nömrəli, Qaradağlı, Mahrızlı kənd və Birinci Baharlı qəsəbə məktəbləri müxtəlif dərəcəli dağıntılara məruz qalmışdır. Əlbəttə, bu tam siyahı deyil. Düşmən artilleriyasının hədəfinə çevrilən Təzəkənd, Ayaqqərvənd, 114, 93, 14 saylı məktəblər, Sarıcalı, Birinci Yüzbaşlı kənd məktəbləri və digər təhsil müəssisələri də müharibədən zərərçəkənlər sırasındadır.

Dövlət başçısının zamanında imzaladığı sərəncam ölkənin digər bölgələrində olduğu kimi, Ağdam rayonunda da böyük razılıqla, dərin minnətdarlıq hissi ilə qarşılanıb. Rayonun Çəmənli kənd orta məktəbinin biologiya müəllimi Etibar Həsənov:

- Qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 ildən bəri yolunu gözlədiyimiz parlaq qələbəni gerçəkləşdirdi, bizlərə dünyanın ən böyük sevincini yaşatdı. İndi sözün həqiqi mənasında biz özümüzü xoşbəxt sayırıq. Nankor və xain düşmənlərin daş üstə daş qoymadığı, xarabaya çevirdiyi Ağdam bu gün yenidən qurulur. “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinin icrasına artıq start verilib. O ki qaldı Prezidentin məlum sərəncamına, bu sənəd bütün Qarabağ camaatında, xüsusilə təhsil işçilərində xoş ovqat yaratmışdır. İnanırıq ki, çox çəkməyəcək, övladlarımız təhsillərini yenidən qurulan müasir məktəblərdə davam etdirəcəklər. Bu inamı bizə həmişə sözünün sahibi olan dövlət başçısı verib.

 

Lazım QULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video