09:10 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağdamda qanvermə aksiyası keçirilib
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:02 08.02.2012

 

Bu günlərdə Ağdam mərkəzi rayon xəstəxanasında qanvermə aksiyası keçirilmişdir. Bu xeyirxahlıq missiyasının cəbhə bölgəsində reallaşması mənəvi- psixoloji baxımdan da böyük əhəmiyyət kəsb edir.

Quzanlı qəsəbəsində yeni istifadəyə verilmiş xəstəxana binasının qarşısında qələbəlik idi. Qanvermə aksiyasının keçiriləcəyindən xəbər tutan rayon sakinləri tədbirdə iştirak etmək üçün könüllü olaraq gəlmişdilər. Qan götürülən otağın qarşısında növbə yaranmışdı. Böyük dəhliz insanlarla dolu idi. Donor olmaq istəyənlərin əksəriyyəti elə səhiyyə işçilərinin özləri idilər.

Respublika Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının Bərdə bölməsinin müdiri həkim İbrahim Muradov söhbət zamanı bildirdi ki, bu xeyirxahlıq aksiyasının Ağdam rayon xəstəxanasında keçirilməsi üçün əvvəlcədən zəruri hazırlıq işləri görülüb. Məhz bunun nəticəsidir ki, indi işimiz yaxşı gedir. Günün birinci yarısında 70 nəfər qan vermişdir.

Qan vermək üçün növbədə dayananlarla tanış oluruq. Elşən Hüseynov, Lyudmila Rüstəmova, Mehriban Həsənova və başqaları. Donor olmaq istəyən hər kəs yaxşı başa düşür ki, onun verdiyi qan həlledici məqamda kiminsə həyatını xilas edir, hansısa xəstəyə şəfa verir.

Qan götürülən kabinetin qonşuluğundakı otaqda isə böyük süfrə açılıb. Süfrəyə müxtəlif şirniyyatlar qoyulub. Donorlar burada çay içir, dincəlirlər. Onların ürəklərindəki xeyirxahlıq duyğuları üzlərdə nura çevrilib hər kəsdə xoş ovqat yaradır.

 

Lazım QULİYEV,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM