28 Sentyabr 2021 19:11
817
İDMAN
A- A+

AFFA-nın icraçı vitse-prezidenti “Turan Tovuz” Futbol Akademiyasında olub  

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov sentyabrın 28-də Tovuzda olub.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, səfər çərçivəsində E.Məmmədov “Turan Tovuz” klubunun nəzdində fəaliyyət göstərən Futbol Akademiyasına baş çəkib, akademiyanın iş prinsipi, burada təşkil olunan məşqlər, yaradılan şəraitlə yerində tanış olub, hazırlıq keçən uşaqlara AFFA tərəfindən ayrılmış geyim dəstlərini təqdim edib.

Məlumat verilib ki, “Turan Tovuz” Futbol Akademiyasında bir neçə yaş qrupu üzrə uşaqlar üçün müntəzəm məşqlər təşkil olunur.

Tədbirdə AFFA-nın kütləvi futbol departamentinin rəisi Fərrux İsmayılov, “Turan Tovuz” futbol klubunun İdarə Heyətinin sədri Oqtay Abdullayev, Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev, “Turan Tovuz” Futbol Akademiyasının koordinatoru Adil Şükürov iştirak ediblər.

AFFA və klub rəsmiləri aşağı yaş qruplarından ibarət komandanın üzvləri ilə birgə futbol oynayıblar.

Xatırladaq ki, AFFA-nın İcraiyyə Komitəsinin 2019-cu ildəki iclasında Tovuzda, “Turan Tovuz” klubunun nəzdində Futbol Akademiyasının təsis edilməsi və inşa olunması barədə qərar qəbul olunub.

“Turan Tovuz” Futbol Akademiyası FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa edilib. Akademiyanın açılış mərasimi 2021-ci il yanvarın 16-da keçirilib.

“Turan Tovuz” Futbol Akademiyasının saxlanma xərclərinin qarşılanması məqsədilə AFFA tərəfindən FIFA-ya müraciət ünvanlanıb və beynəlxalq futbol qurumu müraciəti müsbət cavablandırıb. Qarşıdakı 3 il ərzində akademiya AFFA-nın vasitəçiliyi ilə FIFA-nın ayırdığı vəsait hesabına maliyyələşdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video