23 Sentyabr 2021 18:41
1171
Təhsil
A- A+

ADNSU: Ənənəvi təhsilə başlamaq üçün lazımi tədbirlər görülüb  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni tədris ilində Elmi şuranın ənənəvi formatda ilk iclası keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, iclasda gündəlikdə olan məsələlər haqqında məlumat verən universitetin rektoru, professor Mustafa Babanlı cari tədris ilinin qəbul statistikası, yeni tədris ilində keyfiyyətli təhsilin təşkili, əsas fəaliyyət istiqamətləri üzrə göstəricilər, eləcə də tədrisin innovasiyalaşdırılması istiqamətində görülən işlərdən danışıb.

M.Babanlı diqqətə çatdırıb ki, universitetdə ənənəvi təhsilə başlamaq üçün lazımi tədbirlər görülüb və bu gün ən vacib məsələlərdən biri tədris zamanı koronovirusla mübarizədə fəal olmaq və müəyyən edilmiş qaydalara hamının riayət etməsidir.

Sonra COVID-19 pandemiyasından irəli gələn məsələlərin operativ həllini təmin etmək məqsədilə İşçi Qrupun yaradılması haqqında qərar qəbul olunub.

Bildirilib ki, universitetdə “Peyvənd otağı” fəaliyyət göstərəcək, hər mərtəbədə təcrid otaqları olacaq.

İclasda 2021-2022-ci tədris ilinin ənənəvi qaydada təşkili zamanı görüləcək işlər, cari qiymətləndirmə meyarları, ingilis dilində tədrisin vəziyyəti və digər mühüm məsələlər müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video