07:44 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


00:42 06.08.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Adil Əliyev: Ümummilli Liderin 52 il əvvəl əsasını qoyduğu sosial siyasət bu gün Prezident tərəfindən uğurla davam etdirilir
ANA SƏHİFƏ / PARLAMENT
19:56 14.07.2021

 

İyulun 14-də parlament sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Milli Məclisdə müharibə iştirakçısı, bir qrup ictimai fəal, habelə idman sahəsində fəaliyyət göstərən şəxslər ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Vətən müharibəsi qazisi Xankişi Yusifov, Təhsil RİM-in direktoru Natiq Lahıcov, arxa cəbhə fəalları – Rusiya Federasiyasının Arxangelsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın sədri Elçin Quliyev, habelə tanımış jurnalistlər və ictimai fəallar Nuranə Gülər, Vüqar Rəhimov, Elnur Mustafayev və idmançı Amid Babayev iştirak ediblər.

Adil Əliyev görüşdə çıxış edərək ümummilli lider Heydər Əliyev 1969-cu ilin bu günü ölkəmizdə siyasi rəhbərliyə gəlməsi ilə tariximizdə dönüşün yarandığını, bir sıra digər sahələr kimi, gənclər və idman sahələrinin də əsasının qoyulduğunu bildirib. Həmin dövrdə yaranmış müxtəlif çətinliklərə baxmayaraq, məhz Ulu Öndərin gərgin əməyi nəticəsində ölkəmizdə peşəkar hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına hərbi liseyin fəaliyyətə başladığını, idmanda kütləviliyin təmin edildiyini, gənclərimizin ali təhsil almaq məqsədilə o dövrün ən nüfuzlu ali məktəblərinə göndərildiyini vurğulayan Milli Məclis sədrinin müavini həmin dövrün Azərbaycanın ictimai-siyasi, həmçinin iqtisadi həyatında intibah dövrü olduğunu bildirib. 1969-1982-ci illərdə ölkəmizdə təbii ehtiyatlardan, iqtisadi, təhsil, elm və digər sahələrin potensialından xalqın rifah halının yüksəldilməsi üçün istifadə edildiyi diqqətə çatdırılıb. Təəssüflə qeyd edilib ki, Ümummilli Liderin yaratdığı və formalaşdırdığı bu uğurlu siyasət modeli sonradan hakimiyyətə gələnlərin səriştəsizliyi ucbatından sıradan çıxdı, respublikamızda bütün sahələrdə tənəzzül yaşandı.

Komitə sədri, habelə, Ulu Öndərin 1993-cü ildən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğu, qısa müddətdə həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin məhv olmaq təhlükəsinin qarşısının alındığını bildirib.

“Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident, Müzəffər Ali Baş Komandan tərəfindən uğurla davam və inkişaf etdirilən ordu quruculuğu, gənclər və idman siyasəti də daxil olmaqla, bütün sahələrdə görülən işlər nəticəsində Azərbaycanda güclü dövlət və ordu formalaşdı. Hərbi sahəyə göstərilən diqqət və qayğı, bu sahədə görülən genişmiqyaslı işlər nəticəsində Ordumuzun döyüş arsenalı müasirləşdirildi. Şanlı Ordumuz müasir silahlarla təchiz edildi, hərbi qulluqçularımız yüksək döyüş hazırlığı qazanmaq üçün xarici ölkələrdə kurslara göndərildi, nəticədə peşəkar ordu formalaşdırıldı”, - deyə A.Əliyev qeyd edib.

Ermənistanın hərbi təxribatlarına toxunan Milli Məclis sədrinin müavini qeyd edib ki, düşmənin törətdiyi təxribata rəşadətli Ordumuz tərəfindən layiqli cavab verildiyi, habelə əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edilməsi məqsədilə Müzəffər Ali Baş komandan tərəfindən ötən il sentyabrın 27-də əks-hücum əməliyyatları barədə əmr verildi. Vətən müharibəsi nəticəsində xalqımız tarixi Zəfər qazandı. Şanlı Ordumuzun döyüş meydanında göstərdiyi şücaət, yüksək döyüş hazırlığı nəticəsində düşmənin məğlub olaraq kapitulyasiya aktına imza atması, tarixi torpaqlarımızın işğaldan azad edilməsi tariximizin ən əlamətdar hadisələrindən biridir.

Adil Əliyev müharibədən sonra ölkəmizdə əsas prioritetlərin Qarabağın dirçəlişi, şəhid ailələrinin və qazilərin qayğılarının həlli olduğunu bildirib. Deyib ki, həm dövlətimizin başçısı, həm də Birinci vitse-prezident tərəfindən şəhid ailələrinin və qazilərin problemlərinin həlli ilə bağlı çoxsaylı tapşırıqlar verilib. Eyni zamanda, şəhid ailələrinin və qazilərin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlar ev, avtomobil ilə təmin edilir.

Milli Məclis sədrinin müavini deyib ki, şəhid ailələrini və qaziləri narahat edən məsələlərin həllində hər bir vətəndaşımız üzərinə düşən vəzifələri könüllü olaraq icra etməlidir.

Eyni zamanda, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsinə toxunan A.Əliyev gələcək nəsillərin sağlam, milli-mənəvi dəyərlərə uyğun olaraq yetişdirilməsinin vacibliyinə toxunub.

Səmimi qəbula görə təşəkkürlərini bildirən görüş iştirakçıları Vətən müharibəsində xalqımızın üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyini bildiriblər. Dövlətimizin başçısının ətrafında sıx birləşmiş xalqımızın bundan sonra da şəhid ailələrinin və qazilərin yanında olacağını, həqiqətlərimizin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib, Vətən müharibəsində qazandığımız Zəfərin tariximizin ən parlaq səhifəsi, eyni zamanda, xalqımızın qürur mənbəyi olduğunu qeyd ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM