02 Oktyabr 2021 16:44
1137
SİYASƏT
A- A+

Adil Əliyev: Şəhidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq

 

Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri, o cümlədən şəhid Muxtar Qasımlı və onun döyüş yoldaşları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində böyük şücaət göstərərək 30 illik həsrətdən sonra bizi torpaqlarımıza qovuşdurublar. Məhz onların qəhrəmanlığı, döyüş əzmi, mərdliyi nəticəsində torpaqlarımız düşmən işğalından azad olunub.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev şəhid Muxtar Qasımlının anım günü ilə bağlı keçirilən tədbirdə bildirib.

Adil Əliyev şəhid Muxtar Qasımlının Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb: “Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Muxtar Qasımlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. İstər döyüş meydanında, istərsə də diplomatiya müstəvisində Azərbaycan öz sözünü deyib və düşməni məğlub edərək kapitulyasiya aktını imzalamağa məcbur edib. Şəhidlərimizin şücaəti xalqımız tərəfindən çox yüksək qiymətləndirilir və xatirələri hər zaman qəlbimizdə yaşayacaq. Biz Vətən müharibəsindəki şanlı Qələbəmizə görə şəhidlərə borcluyuq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video