30 Iyun 2021 19:53
1320
PARLAMENT
A- A+

Adil Əliyev: Gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi hər birimizin vəzifəsidir

 

İyunun 30-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə vətənpərvərliklə bağlı çəkilən filmlərin, habelə Bakı Bələdiyyə Teatrının aktyoru İlqar Musayev, habelə ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılar ilə xüsusi karantin rejiminin şərtlərinə əməl etməklə görüş keçirib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Adil Əliyev döyüş meydanında qazanılmış tarixi Qələbəyə toxunaraq, bu Zəfərin şanlı tariximizin ən böyük hadisəsi olduğunu, gələcək nəsillərin bu Qələbəni hər zaman xatırlayacağını xüsusi vurğulayıb. Rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatların məntiqi yekunu olaraq ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyi, uzun illər işğal altında qalmış əzəli və əbədi torpaqlarımız düşmən işğalından birdəfəlik qurtulduğu iştirakçıların diqqətinə çatdırılıb. Vurğulanıb ki, Vətən müharibəsi Ordumuzun döyüş arsenalının müasir silahlarla təchiz edilməsi ilə yanaşı, Silahlı Qüvvələrimizin dünyanın ən yaxşı ordularından biri olduğunu göstərdi.

Gənc nəslin sağlam, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsinin zəruriliyinə toxunan A.Əliyev bundan sonra da bu sahədə məqsədyönlü iş aparılmasının vacibliyini qeyd edib. Bildirib ki, bu gün baş verənlərin gələcək nəslə ötürülməsi, həmçinin həqiqətlərimizin dünyaya çatdırılması mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, gənc nəslin tərbiyə edilməsində bədən tərbiyəsi və idmanın xüsusi əhəmiyyətinə toxunan Milli Məclis sədrinin müavini idmançılarımızın hər zaman beynəlxalq yarışlarda uğurla çıxış etməsini, idmanın ölkəmizin brendi olmasını, istər idmançılarımızın uğurları, istərsə də idman yarışlarının ölkəmizdə ən yüksək səviyyədə təşkilinin idmana verilən ən böyük dəyər olduğunu bildirib. Habelə idmançılarımızın hər zaman dövlətimizin başçısının diqqət mərkəzində olduğu, onların qayğılarının dərhal həlli üçün müvafiq göstərişlərin verildiyi qeyd edilib. Vurğulanıb ki, bu gün baş hadisələrin gənc nəslə doğru şəkildə çatdırılması hər birimizin vəzifəsidir.

İdmançıları təbrik edən Milli Məclis sədrinin müavini onlara davamlı uğurlar qazanmağı arzulayıb. Görüşdə iştirak edən idmançılar üzərilərinə düşən məsuliyyəti yaxşı anlayaraq yarışlarda uğurlu çıxış edəcəklərini bildiriblər.

Sonra Adil Əliyev İlqar Musayevə işlərində uğurlar arzu edib. Vətənpərvər və maarifçi videoların çəkilməsinin bundan sonra da davam etdirilməsinin zəruriliyini bildirib.

İdmançılar şanlı Ordumuzun müharibədə qazandığı tarixi Zəfəri beynəlxalq yarışlarda uğurla davam edəcəyinə əminliklərini bildiriblər.

Sonda idmanda fərqlənən şəxslərə parlamentin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video