03:37 18 May 2021
ONLINE XƏBƏR LENTİ
00:45 18.05.2021

Qarabağın MEHMANDARLARI


00:33 18.05.2021

Qarabağın zirvə tacı


00:32 18.05.2021

Şuşa, sən azadsan!


00:31 18.05.2021

Şuşanın Bülbülü…


00:29 18.05.2021

BİLDİRİŞ


00:28 18.05.2021

BİLDİRİŞ


00:27 18.05.2021

BİLDİRİŞ


00:26 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ADAU tələbəsi Vaşinqton Universiteti və Valensiya Politexnik Universitetinin sertifikatlarını qazanıb

ANA SƏHİFƏ / TƏHSIL
00:25 10.04.2021

 

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Masaçusets Texnoloji Universiteti ilə Harvard Universitetinin birgə təsis etdikləri edX platformasına (www.edx.org) qoşularaq əməkdaşlıq müqaviləsi imzalayıb.

Müqaviləyə əsasən, ADAU tələbələri edX platformasında bir sıra ixtisaslar üzrə onlayn kurslarda təhsil almaq imkanı əldə edəcəklər. Təhsil almaqla yanaşı, kursları müvəffəqiyyətlə bitirən və imtahanları uğurla verən tələbələr ödənişsiz olaraq sertifikat da alacaqlar. Qarşılıqlı əməkdaşlıq nəticəsində yaranan bu imkandan bütövlükdə 5000 nəfər tələbə yararlanacaq.

Qeyd edək ki, dünyanın 160-dan çox nüfuzlu universitetini əhatə edən edX platformasında 3000-dən artıq onlayn təhsil kursu təqdim edilir. Hər bir kurs üzrə sertifikatın qiyməti 100-300 ABŞ dolları arasında dəyişir.

Məlumat üçün bildirək ki, edX platforması ilə əməkdaşlığın başlamasından qısa müddət keçməsinə baxmayaraq, ADAU-nun aqronomluq ixtisası üzrə 2-ci kurs tələbəsi Eşqin Dünyamalı oğlu Əliyev iştirak etdiyi proqramları uğurla tamamlayaraq Washington Universiteti və Valensiya Politexnik Universitetinin sertifikatlarını qazanıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM