00:01 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ADAU-da  “Məzun Yarmarkası-2021” keçirilib

ANA SƏHİFƏ / TƏHSIL
00:58 28.05.2021

 

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) onlayn formatda “Məzun yarmarkası-2021” keçirilib.

Tədbiri giriş sözü ilə açan təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək bildirib ki, pandemiya sosial-iqtisadi həyatın bütün sahələrinə, o cümlədən təhsil sektoruna təsir etməsinə baxmayaraq, universitet məzunlarının müvafiq iş yerləri ilə təmin olunması, onların uğurlu karyerası vacib vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar olaraq sayca 13-cü yarmarkanın, “Məzun Yarmarkası-2021” tədbirinin onlayn formatda keçirilməsi qərara alınmışdır. Ölkəmizdə aqrar sahənin inkişafına dövlət dəstəyi sayəsində çoxsaylı iş yerlərinin yaranmasının universitet məzunlarının layiqli məşğulluğu üçün böyük imkanların yaratdığını qeyd edən rektor cari ildə 1434, o cümlədən bakalavriat səviyyəsində 1277, magistratura səviyyəsində 157 tələbənin məzun olduğunu bildirmişdir.

Sonra çıxışlar olmuş, bu cür yarmarkaların əhəmiyyəti vurğulanmışdır.

Qeyd edək ki, “Məzun Yarmarkası-2021”də ümumilikdə iştirak edən 72 müəssisə və təşkilatdan 536 vakant yer təqdim olunmuşdur.

 

S.ƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM