12 Yanvar 2021 13:32
939
Təhsil
A- A+

ADA Universitetinin yeni nəşri  

ADA Universitetinin 2020-ci il üçün son nəşri yayımlanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tanınmış filoloq alim, akademik Kamal Abdullanın müəllifliyi ilə “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” dastanı” onun tərəfindən universitetin “Azərbaycanşünaslıq” kursunda oxunan mühazirələr əsasında yazılıb. Kitabda Azərbaycan, azərbaycançılıq və azərbaycanşünaslıq anlayışları, azərbaycançılığın bir məfkurə, siyasi hərəkat, mənəvi məkan kimi əhəmiyyəti barədə söhbət açılır, Azərbaycanın intibah və maarifçilik kimi tarixi dönəmlərdə bəşəriyyətə verdiyi töhfələr, XIX və XX əsrlərdəki “ilk dəfələri”, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin banisi kimi rolu işıqlandırılır. Ədəbi fikrimizin zirvəsi hesab edilən “Kitabi-Dədə Qorqud” dastanının aparıcı mütəxəssisi Kamal Abdulla bu nəşrdə Azərbaycanın multikulturallıq modelinin dastandakı izlərini araşdırır, milli-mənəvi dəyərlərimizi qlobal dəyərlər fonunda qiymətləndirərək gənc nəsli dastanı öyrənməklə dünya ilə adekvat münasibətlər qurmağa çağırır. Kitab digər təhsil müəssisələrində də “azərbaycançılıq” məfkurəsinin tədrisində dəyərli vəsait kimi istifadə edilə bilər.

ADA Universitetinin rektoru Hafiz Paşayev kitabın giriş sözündə bildirir ki, azərbaycanlıların “milli kimliyi” deyəndə, onlara məxsus dəyərlər, ənənələr, mədəniyyət, dil və dinlə çərçivələnən vahid özünüdərk başa düşülürsə, tətbiqdə bu, bir xalqın inkişafda olan hekayəsi kimi də qəbul oluna bilər və beləliklə, elmi baxımdan daim diqqətdə saxlanılmalıdır. Qloballaşma prosesi bəşəriyyətin gələcək inkişafında millətlərarası münasibətləri artırmaqla yanaşı, daha təkmil mədəniyyətlərarası ünsiyyətin vacibliyini də qarşımıza qoyub. Bu ünsiyyət üçün istifadə etdiyimiz “dil” bizi linqvistikadan daha geniş sahələrə yönəldir - qərarlarımızı milli kimliyimizi anlayıb tarix və mədəniyyətimizin bizə açdığı imkanlardan istifadə edib formalaşdırmalı və dünya ilə ünsiyyət qurmalıyıq.

“Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” dastanı” kitabı ADA Universitetinin daha bir elmi-intellektual məhsulu kimi “Şərq-Qərb” nəşriyyatı tərəfindən çap edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video