09 Aprel 2021 19:05
948
Təhsil
A- A+

ADA Universitetinin “Baku Dialogues” jurnalı Kolumbiya Universiteti Nəşriyyatının verilənlər bazasında yer alıb

 

ADA Universitetinin ingilisdilli rüblük nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalı Kolumbiya Universiteti Nəşriyyatının “Columbia International Affairs Online (CIAO)” akademik tammətnli elektron jurnal və məqalələr bazasına daxil edilib. Bununla da ADA Universiteti “CIAO”nun 300-dən artıq qlobal akademik tərəfdaşı sıralarına qoşulub.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, jurnalın yayımlanacaq bütün sayları “CIAO”nun beynəlxalq münasibətlər üzrə nəşrləri bir arada toplayan verilənlər bazasına yerləşdiriləcək. ADA Kitabxanasının dəstəyi ilə “Baku Dialogues”un bu bazada yer alması jurnaldakı məqalələrin beynəlxalq oxucu kütləsinə çatdırılmasına, yerli və xarici müəlliflər arasında akademik ünsiyyətin qurulmasına fayda verəcək. Bu, həm də müəlliflərin beynəlxalq elmi ictimaiyyət tərəfindən tanınmasını dəstəkləyəcək.

“CIAO”nun verilənlər bazasında beynəlxalq münasibətlər üzrə dərc edilən 500 min səhifədən çox müxtəlif formatlı nəşr mövcuddur. ADA Universiteti 2013-cü ildə akademik nəşrlərin sayı baxımından dünyanın ən zəngin bu onlayn platformasına abunə olub. Bu, öz növbəsində, ADA tələbələrinə, professor-müəllim heyətinə və tədqiqatçılara platformadakı nəşrlərdən faydalanmaq imkanı verir.

Qeyd edək ki, “Baku Dialogues” növbəti uğurunu əldə edib. Belə ki, jurnal ötən ilin 25 sentyabr tarixində Fransadakı Seriyalı Nəşrlərin Beynəlxalq Standartlaşdırma Mərkəzi tərəfindən indekslənərək beynəlxalq indeks nömrəsi (ISSN) əldə edib. Mərkəz müvafiq beynəlxalq standartlara uyğun olan jurnalları indeksləyərək onların qlobal məkanda unikal identifikasiya nömrəsi ilə tanınmasını təmin edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video