10 Mart 2021 16:01
904
Təhsil
A- A+

ADA Universitetinin 15 illik yubileyi ilə bağlı film çəkilib

 

Bu günlərdə ADA Universiteti 15 illik yubileyini qeyd edib.

Yubiley münasibətilə ADA Universitetinin Fondu tərəfindən sənədli film çəkilərək ictimaiyyətə təqdim edilib.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, filmdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci ildə ADA-nın kampusunun açılışında söylədiyi çıxışı əksini tapıb. ADA-nın 15 illik tarixindən bəhs edən filmdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ötən il universitetin iki yeni korpusunun açılışındakı iştirakını əks etdirən kadrlar da yer alıb.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və təhsil naziri Emin Əmrullayevin təbrik mesajları da film vasitəsilə izləyicilərin nəzərinə çatdırılıb.

Filmdə qeyd edilib ki, Prezident İlham Əliyevin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə universitet statusu alan ADA, 15 il bundan öncə, 2006-cı ilin martında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası kimi təsis edilib. Filmdə də məhz elə bununla bağlı məqamlara - ADA-nın akademiyadan universitetə qədər olan inkişaf yoluna nəzər salınıb.

Sonda ADA Universitetinin rektoru Hafiz Paşayev universitetlə bağlı arzularını bölüşüb. Filmin sonunda rektor Hafiz Paşayev ADA Universitetini ölkəmizin adını yüksəklərə qaldıran dünya səviyyəli təhsil qurumu kimi görmək istədiyini bildirib.

Filmi ADA Universitetinin “YouTube” kanalında (https://bit.ly/3bqHuNb) izləmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video