06 Iyul 2021 01:04
551
İQTİSADİYYAT
A- A+

Abşeron rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

 

Görüşdə rayonun iş imkanlarının vahid formada təqdimatı, məşğulluqla bağlı müraciətlərin müvafiq sahibkarlıq subyektlərinə yönləndirilməsi, işaxtaran və işəgötürənlər arasında münasibətlərin formalaşdırılması məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, bu gün ölkənin hər yerində olduğu kimi, Abşeron rayonunda da sahibkarlar üçün münbit şərait formalaşıb. İşlə təminat, yeni iş yerlərinin yaradılması və sahibkarların hüquqlarının qorunması  istiqamətində  görülən tədbirlərə rayon icra hakimiyyəti tərəfindən dəstək verildiyini deyən İ.Gülməmmədova şəhid və qazi ailələrinin işlə təmin edilməsinə xüsusi həssaslıqla yanaşılmasının vacibliyini qeyd edib. Bildirib ki, hazırda rayon icra hakimiyyətində  yaradılan xüsusi komissiya ora müraciət edən qazi və şəhid ailələrinin  bütün problemlərinin həllini birinci vacib məsələ kimi qeydiyyata alınır.

Daha sonra Milli Məclisin deputatı  Şahin Seyidzadə,  Dövlət Məşğulluq Agentliyi idarə heyətinin sədr müavini Cəmaləddin Quliyev  çıxış edərək ölkədə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, qəbul olunan qanun və qərarlardan söz açıblar.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

 

Akif ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video