14 Iyun 2021 15:48
1002
DÜNYA
A- A+

ABŞ və Rusiya döyüşə hazır olan 2 mindən çox nüvə başlığına malikdir

 

ABŞ və Rusiyanın arsenalında olan 2 mindən çox nüvə başlığı tətbiq edilməsi üçün tam operativ hazır vəziyyətdədir.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Dünya Problemlərinin Tədqiqatı üzə Stokholm İnstitutunun (SIPRI) məruzəsində yer alıb.

Məruzədə, həmçinin qeyd olunur ki, hər iki tərəfin öz nüvə arsenalını ixtisar etməsinə baxmayaraq, öncəki illə müqayisədə onların nüvə başlıqlarının sayı artmaqdadır. Rusiya daha çox quruda yerləşdirilən və ayrılan başlıqlı qitələrarası raketlərin və dənizdə yerləşdirilən ballistik raketlərin hesabına ümumi nüvə arsenalını təxminən 180 döyüş başlığına qədər artırıb.

Bununla yanaşı, hər iki ölkənin strateji nüvə qüvvələri 2010-cu ildə “Strateji hücum silahlarının ixtisarı” barədə imzalanan müqavilə ilə müəyyən edilən həddə qalır.

Məruzəyə əsasən, doqquz nüvə dövləti - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və KXDR 2021-ci ilin əvvəlinə qədər ümumilikdə 13 min 80 nüvə silahına sahibdir. Halbuki 2020-ci ilin əvvəlində bu göstərici 13 min 400 ədəd idi.

“Nüvə silahlarının ümumi sayının azalmasına baxmayaraq, ötən il ölkələrin döyüşə hazır vəziyyətdə saxladığı nüvə başlıqlarının sayı 3 min 720 ədəddən 3 min 825 ədədə yüksəlib. Onların da 2 mindən çoxu ABŞ və Rusiyanın payına düşüb”, - deyə məruzədə bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video