19 Avqust 2021 21:44
774
DÜNYA
A- A+

ABŞ Prezidenti koronavirusa qarşı üçüncü vaksin dozasını vurdurmağa hazırlaşır

 

ABŞ Prezidenti Cozef Bayden xanımı Cill ilə birlikdə koronavirusa qarşı üçüncü vaksin dozasını vurdurmağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Bayden bunu avqustun 19-da ABC telekanalına müsahibəsində deyib. “Biz (Bayden və həyat yoldaşı) buster peyvəndi olunmağa hazırlaşırıq, çünki dekabrda vaksinasiya edilmişik. Yəni bu, çoxdan olub. Bəli, biz buster peyvəndi vurduracağıq”, - deyə ABŞ Prezidenti müsahibəsində bildirib.

Aparıcının “dünyada milyonlarla insana peyvəndin heç birinci dozası çatmadığı halda, amerikalıların üçüncü doza vaksin vurdurması normal görünürmü” sualına Bayden müsbət cavab verib: “Tamamilə. Ona görə ki, biz dünyaya hər kəsdən çox vaksin çatdırırıq.

Prezidentin sözlərinə görə, ABŞ 2022-ci ilin ortalarına qədər digər ölkələrə 500 milyon doza peyvənd təqdim edəcək.

Bu ərəfədə Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 əleyhinə buster (üçüncü doza) vaksinlərinə ehtiyac görmədiyi barədə dair bəyanatla çıxış edib. Təşkilatın baş müşaviri Brüs Eylvard yüksək gəlir səviyyəsinə malik ölkələrdə tətbiq edilən təkrar vaksinasiyanı nəzərdə tutaraq, dünyada yetərincə peyvənd dozası olduğunu, lakin onun lazımi yerlərə lazımi qaydada paylanmadığını vurğulayıb. O, qeyd edib ki, busterlərin tətbiqindən öncə bütün dünyada əhalinin həssas təbəqəsi tam vaksinasiya olunmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video