15:19 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ABŞ onlara dəstək olan Əfqanıstan vətəndaşlarını üçüncü ölkələrdə yerləşdirəcək

ANA SƏHİFƏ / DÜNYA
01:40 25.06.2021

 

ABŞ onlara yerində kömək göstərən və Amerika vizası almağa ümid bəsləyən Əfqanıstan vətəndaşlarını üçüncü ölkələrdə yerləşdirməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 24-də “New York Times” qəzeti Birləşmiş Ştatlar hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

Ötən çərşənbə günü ABŞ-ın müdafiə naziri Lloyd Ostin Konqresin Nümayəndələr Palatasının silahlı qüvvələr üzrə komitəsindəki dinləmələrdə çıxışı zamanı Əfqanıstan vətəndaşlarının bir hissəsinin təxliyə olunmasına yaxın vaxtlarda başlanacağnı bildirib. Lakin o, təxliyə planının detallarını açıqlamayıb. Qəzetin istinad etdiyi mənbənin sözlərinə görə, burada hərbi əməliyyatlar zamanı amerikalı hərbçilərə kömək edən tərcüməçilər, sürücülər, mühəndislər, gözətçilər, müxtəlif fəhlələr barədə söhbət gedir. Viza almaq üçün 18 minə yaxın Əfqanıstan vətəndaşı (onlarla birlikdə daha 53 min ailə üzvü) ərizə verib. Ərizələrə baxılan müddətdə onların üçüncü ölkələrdə yerləşdirilməsi nəzərdə tutulur. Qəzet hansı ölkələrdən söhbət getdiyini dəqiqləşdirmir.

Qeyd edək ki, ABŞ qoşunlarını Əfqanıstandan may ayında çıxarmağa başlayıb. Prezident Cozef Bayden administrasiyası qoşunların çıxarılması prosesini sentyabrın 11-dək başa çatdırmağı planlaşdırır. Əvvəlki ABŞ administrasiyasının “Taliban” hərəkatı ilə razılaşmasına əsasən isə qoşunlar mayın 1-dək ölkədən çıxarılmalı idi.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM