ABŞ-ın Şimali Karolina ştatının altı şəhərində “Azərbaycan Günü” elan edilib
ABŞ-ın Şimali Karolina ştatının altı şəhərində “Azərbaycan Günü” elan edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ştatın Roli, Şarlotta, Durham, Keri, Fayetville və Apeks şəhərlərində 18 Oktyabr – Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə bəyannamələr qəbul edilib.
Bəyannamələri Apeks şəhərinin meri Jak Jilber, Durham şəhər meri Stiv Sevel, Şarlotta şəhər meri Aleksandr Layles, Roli şəhər meri Meri-Ənn Bolduin, Keri şəhər meri Harold Veyinbrext imzalayıblar.
Bəyannamələrdə bildirilib ki, Amerika Birləşmiş Ştatları müasir Azərbaycan Respublikasının (Naxçıvan və Qarabağ bölgəsi daxil olmaqla) ərazi bütövlüyünü, dövlət suverenliyini və müstəqilliyini qeyd-şərtsiz dəstəkləyir. Amerika-Azərbaycan Dostluq Təşkilatının Şimali Karolinada mədəni müxtəlifliyin zənginliyinə, iqtisadi rifaha töhfə verdiyi, son 30 il ərzində dünyada təxminən bir milyon soydaşımızın və Azərbaycan əsilli amerikalıların 18 oktyabr tarixini Azərbaycanda Müstəqilliyin Bərpası Günü kimi qeyd etdikləri, ulu babalarının Azərbaycanda və Cənubi Qafqaz regionunda azadlıq və demokratiyanın yayılmasında misilsiz xidmət göstərdiklərinə böyük ehtiramla yanaşdıqları diqqətə çatdırılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Biz unutmuruq, tarix də unutmasın...
28 Mart
Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib ...
28 Mart
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
28 Mart
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir ...
28 Mart
Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydal...
28 Mart
Gürcüstanda ölüm halları artır - Statistika
28 Mart
Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan
28 Mart
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib
28 Mart
Bayden Trampı 3 faiz fərqlə qabaqlayır - SORĞU
28 Mart
ABŞ Nümayəndələr Palatasının heyəti Türkiyəyə gələcək
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!