04:04 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ABŞ-ın iki şəhərində cari il oktyabrın 18-i “Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü günü" elan edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:48 14.10.2021

 

ABŞ-ın Minnesota ştatının Minneapolis və Börnsvill şəhərlərinin rəhbərliyi Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə soydaşlarımıza bəyannamələr ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Minneapolis şəhər meri Ceykob Frey və Burnsville şəhər meri Elizabet Kautzun imzaladıqları sənədlərdə Azərbaycan əsilli amerikalıların Minnesota ştatı cəmiyyətinin fəal üzvləri olduqları, milli müxtəlifliyin, mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təminatına, bu ştatda sülhün inkişafına töhfə verdikləri nəzərə çatdırılıb.

Bəyannamələrdə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti ilə görüşdən sonra ABŞ Prezidenti Vudro Vilsonun "Azərbaycan liderləri azadlıq, hüquq və ədalət konsepsiyalarına yanaşmada mənim ideallarımı bölüşürlər" fikrini söylədiyi, hazırda Azərbaycanın NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramının fəal iştirakçısı olduğu xatırlanıb.

Ölkəmizin 1922-ci ildən 1991-ci ilədək SSRİ-nin tərkibində olduğunu və 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktını qəbul etdiyini nəzərə alan merlər 2021-ci il 18 oktyabr tarixini "Minneapolis və Burnsville şəhərlərində “Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü günü" elan ediblər.

Qeyd edək ki, bəyannamələrin təşəbbüskarı Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis olub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM