19 Noyabr 2021 22:41
755
Təhsil
A- A+

ABŞ-ın Florida Beynəlxalq Universitetində Azərbaycan stendi açılıb

 

ABŞ-ın yüksək reytinqə malik olan Florida Beynəlxalq Universitetində (FIU) beynəlxalq təhsil həftəsi çərçivəsində Azərbaycan stendi açılıb.

AZƏRTAC xəbər verir ki, dünyanın bir çox ölkəsinin (İsrail, Somali, Kosta-Rika, Pakistan, Braziliya, Hindistan) aparıcı ali təhsil müəssisələrinin qatıldığı tədbirdə universitet rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər ali məktəblərdə təhsil alan tələbələr iştirak ediblər. “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) adı altında açılan stenddə ölkəmiz yüksək səviyyədə təmsil olunub.

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyanın dəstəyi və Florida Beynəlxalq Universitetində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə nümayiş etdirilən stend ölkəmizin üçrəngli bayrağı ilə bəzədilib. Stenddə milli atributlarımız, Bakının əzəmətli görüntüsünün əks olunduğu suvenirlər, Azərbaycan tarixindən, ərazi bütövlüyündən və 44 günlük Zəfər səlnaməsindən bəhs edən kitablar nümayiş olunub.

Universitetdə təhsil alan azərbaycanlı gənclər sərgini gəzən tələbələrə ölkəmiz haqqında məlumat verib, onları maraqlandıran suallar ətrafında müzakirələr aparıblar.

Florida Beynəlxalq Universitetinin Politologiya və beynəlxalq münasibətlər ixtisasının tələbəsi Aydın Eminov Azərbaycanın tarixi, coğrafiyası, zəngin mədəniyyəti və milli adət-ənənələri barədə təqdimatla çıxış edib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən danışıb.

Tədbirdə Florida ştatında yerləşən Nova Cənub-Şərqi Universitetində təhsil alan azərbaycanlı tələbə Nabat Eminova Yer kürəsində yalnız Qarabağda, xüsusilə də Şuşada bitən Xarıbülbül çiçəyi haqqında təqdimat edib. O, Vətən müharibəsində şanlı Qələbəmizin rəmzi seçilən nadir çiçəyin qeyri-adi və bənzərsiz xüsusiyyətlərindən danışıb.

Xarici tələbələr N.Eminovanın təqdimatını maraqla izləyiblər. Sonra onların sualları cavablandırılıb.

Azərbaycanlı tələbələr təhsil həftəsində mətbəximizin ləziz təamlarından ibarət süfrə açaraq qonaqları mətbəximizlə də tanış ediblər.

Təhsil sərgisi üç gün davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video