04:06 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ABŞ Dövlət katibi Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasını dəstəkləyib
 
ANA SƏHİFƏ / DÜNYA
12:13 15.09.2021

ABŞ Dövlət katibi Entoni Blinken Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması, təxliyə və bütövlükdə Əfqanıstanda vəziyyət mövzusuna həsr edilmiş dinləmələrdə ifadə verib.

AZƏRTAC xəbər verir ki, Blinken Komitə qarşısında videokonfrans rejimində beş saatlıq çıxışında Amerika hərbi qulluqçuları iyirmi il Əfqanıstanda olandan sonra Bayden administrasiyasının ABŞ qoşunlarının bu ölkədən çıxarılması barədə qərarını dəstəklədiyini bildirib.

Blinken deyib ki, əgər ABŞ Prezidenti Co Bayden müharibənin uzadılmasını qərara alsaydı, onda ABŞ-ın öz mənafelərini qoruması və Əfqanıstanın taliblər tərəfindən işğal edilməsinin qarşısını almaq üçün ABŞ oraya daha artıq qüvvə göndərməli olar, bu isə həlak olanların sayının xeyli artması ilə nəticələnərdi.

O deyib: “ABŞ qoşunlarının Əfqanıstanda olma müddətinin artırılacağı halda əfqan qoşunlarının və ya əfqan hökumətinin daha davamlı və ya özünəyetərli olacağını göstərən heç bir sübut yoxdur. Əgər avadanlığın saxlanması və əfqanlara təlim keçilməsi üçün iyirmi il müddət və yüz milyardlarla dollar vəsait kifayət etməyibsə, buna daha bir il, beş il və ya on il sərf etməyin mənası varmı?”

ABŞ-da aparılmış ictimai rəy sorğuları göstərib ki, seçicilər Baydenin müharibəni başa çatdırmaq və qoşunları Əfqanıstandan çıxarmaq barədə qərarını dəstəkləyirlər.

Konqresdə dinləmələr iki gün davam edəcək. Çox güman ki, Blinkendən Birləşmiş Ştatların Amerika vətəndaşlarının təxliyəsini nə üçün daha əvvəl, xüsusən aprel ayında - Bayden müharibənin dayandırılması və Amerika qoşunlarının çıxarılması barədə Taliban ilə Trampın sazişini yerinə yetirmək niyyətində olduğunu elan edəndən sonra başlamamasının səbəbini soruşacaqlar. Komitədəki qanunvericilər taliblər tərəfindən hakimiyyətin qısa müddətdə ələ keçiriləcəyini və əfqan hökumətinin iflasa uğrayacağını qabaqcadan söyləyə bilməmiş Amerika xüsusi xidmətlərindən daxil olmuş yanlış kəşfiyyat məlumatları barədə də suallar verməyi planlaşdırırlar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM