19 Yanvar 2012 12:01
362
SİYASƏT
A- A+

ABŞ Dövlət Departamenti prezidentliyə namizədin Türkiyə ilə bağlı fikirləri ilə razılaşmadığını bəyan etmişdir

 

ABŞ Dövlət Departamenti yanvarın 17-dəki gündəlik brifinqində Amerika-Türkiyə münasibətlərini dəstəkləyərək builki prezident seçkilərində respublikaçı namizəd Rik Perrinin bəyanatları ilə razılaşmadığını bildirmişdir.

Qeyd edək ki, Texas ştatının qubernatoru Rik Perri bazar ertəsi Cənubi Karolinada ilkin seçkilər ərəfəsində keçirilən debatlarda Baş nazir Rəcəb Tayyib Ərdoğanın hakimiyyətini "islamçı terrorçular" adlandırmışdır. Namizəd ABŞ hökumətini Türkiyəyə bütün xarici yardımı dayandırmağa çağırmışdır. Onun firkincə, İsraillə arası soyuyan NATO müttəfiqi qərbyönümlü mövqeyindən geri çəkilərək ekstremist baxışlı cəmiyyətə doğru gedir.

Dövlət Departamentinin mətbuat katibi Mark Toner qubernator Perrinin bu iddiaları ilə tamamilə razılaşmadığını bildirərək demişdir. "Türkiyə NATO-nun ən birinci üzvlərindəndir və həm NATO-nun, həm də ABŞ-ın etibarlı tərəfdaşıdır". Diplomat qeyd etmişdir ki, Ankara Vaşinqtonun bölgədə güclü tərəfdaşıdır. O, əlavə etmişdir: "Biz, Türkiyənin, məsələn, Suriyada baş verənlərə qarşı qəti mövqe nümayiş etdirdiyinin şahidi olduq. Bu, islam demokratiyasının nümunəsi kimi göstərilə bilər".

Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan da seçki debatlarından dərhal sonra bəyanatla çıxış edərək Texas qubernatorunun Türkiyəni belə şəkildə təsvir etdiyindən təəssüf və təəccübünü bildirmişdir. Ölkəsinin dünyəvi demokratiyasını müdafiə edən diplomat demişdir ki,  "debatlarda haqqında danışılan Türkiyə mövcud deyildir. Növbəti seçki müzakirələrində xarici siyasət haqqında danışılarkən uzunmüddətli müttəfiq ölkələrin nifrətlə deyil, ehtiramla anılacağına ümid edirəm".

Amerikanın Türk Koalisiyası təşkilatının başçısı Linkoln Makqurdi isə qubernator Perridən üzr istəməyi tələb etmişdir və ABŞ-Türkiyə münasibətlərinin əsl mənasını və dəyərini başa düşmək üçün onu maarifləndirməyə hazır olduğunu demişdir.

Qubernator Rik Perrinin ziddiyyətli cavabı və buna münasibət çərşənbə axşamı Amerikanın bütün aparıcı media vasitələrinin başlıqlarına çevrilmişdir. CNN-in məşhur jurnalisti Kristian Amapur isə öz "facebook" səhifəsində yazmışdır: "Bu nədir? Məgər başqa demokratik ölkələrdə aparıcı siyasətçilər öz müttəfiqləri barədə belə şəkildə danışırlar? Bu, bir daha göstərir ki, bizim ölkədə xarici siyasətlə bağlı sağlam və məlumatlı debata həmişəkindən çox ehtiyac duyulur".

 

Şəfəq Akifqızı,

AzərTAc-ın xüsusi müxbiri

 

Vaşinqton

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video