27 Avqust 2021 16:41
231
CƏMİYYƏT
A- A+

ABŞ-da yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

 

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yeni Azərbaycan diaspor təşkilatı yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvləri Kamran Qarayev və Əsmər Hüseynovanın birgə təşəbbüsü ilə ABŞ-ın Yuta Ştatında fəaliyyət göstərən “Yuta–Azərbaycan Dostluq Təşkilatı” rəsmi qeydiyyatdan keçib.

Bu barədə Yuta Ticarət Nazirliyinin korporasiya və kommersiya kodeksi şöbəsinin direktoru Li Veylettin Yuta–Azərbaycan Dostluq Təşkilatına ünvanladığı məktubda məlumat verilib. Məktubda bildirilib ki, təşkilat Yuta Ştatının qanunvericiliyinə müvafiq olaraq hüquqi şəxs qismində qeydə alınıb.

Qeyd edək ki, yeni təşkilatın rəhbəri Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Yuta–Azərbaycan İcmasının nümayəndəsi Əsmər Hüseynovadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video