01 Oktyabr 2011 06:10
479
DÜNYA
A- A+

ABŞ-da ağdərililərin sayı azalır

 

ABŞ-da Əhalinin Siyahıyaalınması Bürosu son on il ərzində ayrı-ayrı ştatlar üzrə əsas etnik qrupların nisbətinin dəyişməsini göstərən hesabatı açıqlamışdır. Hesabat ötən il ölkə əhalisinin ümumi siyahıyaalınmasının nəticələrinə əsaslanır.

Statistika mənşəcə latın amerikalı olmayan ağdərili amerikalıların sayının tədricən azaldığını göstərir. Bu, ABŞ-ın 50 ştatının 15-də, o cümlədən Massaçusets, Kanzas, Ohayo və Kaliforniyada baş vermişdir. Eyni zamanda, 10 ştatda onların sayı 10 faizdən çox artmışdır.

Hazırda ağdərili amerikalılar ölkə əhalisinin 64 faizini təşkil edir. On il əvvəl bu rəqəm 69 faizə bərabər idi. Qaradərili əhali 12 faiz artaraq hazırda ümumi sayın təxminən 13 faizini təşkil edir.

Ən çox isə latın amerikalı və asiyalı əhalinin sayı artır. Özü də bu proses iri şəhərlərdə daha sürətlə gedir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video