25 Sentyabr 2011 03:09
664
DÜNYA
A- A+

Abbas Fələstinin tanınması üçün BMT-yə ərizə verdi

 

Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas müstəqil Fələstin dövlətinin 1967-ci il sərhədlərində tanınması xahişi ilə BMT-nin Baş katibi Pan Gi Muna ərizə təqdim etmişdir. Bu barədə "Röyter" agentliyi xəbər verir.

Mövcud prosedura görə, Baş katib ərizəni baxılmaq üçün BMT Təhlükəsizlik Şurasına göndərməlidir.

ABŞ Fələstinin muxtariyyətinin tanınması haqqında mümkün qətnaməyə veto qoyacağını bildirdiyindən Abbas, güman ki, analoji ərizə ilə BMT Baş Məclisinə müraciət edəcək. Çünki Baş Məclisdə ABŞ-ın veto hüququ yoxdur. Bu qurumda təmsil olunan ölkələrin üçdə ikisinin ərizəni dəstəkləyəcəyi təqdirdə Fələstin BMT-nin üzvü olmayan müstəqil dövlət statusu alacaq. Yeri gəlmişkən, hazırda belə bir statusa Vatikan malikdir.

Yeni status Fələstinə beynəlxalq məhkəmələrdə İsrail və onun vətəndaşlarına qarşı iddia qaldırmaq imkanı verəcək. İsrailin Baş naziri Benyamin Netanyahu BMT-yə Fələstinin müstəqilliyinin tanınması barədə ərizə təqdim edilməsindən "təəssüfləndiyini" bildirmişdir. Bu barədə "Frans Press" agentliyi xəbər verir.

Əvvəl bildirildiyi kimi, Vaşinqton və Təl-Əviv fələstinliləri bu addımdan imtina etməyə və ikitərəfli sülh danışıqlarını davam etdirməyə çağırırdılar. M.Abbas isə bildirmişdir ki, 20 il davam edən danışıqların heç bir nəticəsi olmamışdır və ona görə də Fələstin qəti addım atmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video