11 Aprel 2021 00:10
904
ELANLAR
A- A+

9 aprel 2021-ci il tarixdə “Moskva konfetlərindən” avtomobil qazan!” adlı tirajlı stimullaşdırıcı lotereyanın qaliblərinə hədiyyələr təqdim edildi

 

23 fevral - 31 mart tarixləri arasında ölkənin bütün “Bravo” marketlərində keçirilmiş lotereyada 19 hədiyyə oynanılırdı. Bunlar hərəsindən 3 ədəd olmaqla soyuducu, paltaryuyan, tozsoran, televizor, telefon, tablet və 1 ədəd superpriz, 2020-ci il istehsalı “Skoda Rapid” avtomobili idi. “Moskva konfetləri”nin Feysbuk və İnstaqram səhifələri ilə canlı yayımlanan tədbirdə kampaniyanın şanslı iştirakçılarının hədiyyələri müəyyənləşdi. 009087, 089451, 024959 nömrəli biletlərin sahibləri soyuducu, 047922, 005457, 048336 nömrəli biletlərin sahibləri paltaryuyan, 025598, 032662, 093628 nömrəli biletlərin sahibləri tozsoran, 025520, 061054, 052040 nömrəli biletlərin sahibləri televizor, 048931, 015577, 085955 nömrəli biletlərin sahibləri telefon, 048690, 058693, 077545 nömrəli biletlərin sahibləri tablet qazandı. Lotereyanın əsas uduşu olan “Skoda Rapid” avtomobilinin yeni sahibi isə 025222 nömrəli biletin sahibi İbrahim Səfərli oldu.

“Moskva konfetləri” olaraq kampaniyanın bütün iştirakçılarına təşəkkürümüzü bildirir, qalibləri isə təbrik edirik!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video