08 Oktyabr 2021 00:21
1208
İQTİSADİYYAT
A- A+

8 ayda qeyri-neft məhsullarının ixracı 37 faizdən çox artıb

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın sentyabr sayında  bu ilin 8 ayı ərzində qeyri-neft sektoru üzrə ixracın 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,1 faiz artdığı göstərilmişdir.

İcmalda bildirilir ki, cari hesabat dövründə Azərbaycanın ixrac etdiyi məhsulların dəyəri 13 milyard, o cümlədən qeyri-neft məhsullarının dəyəri 1,6 milyard dollar olmuşdur. Qeyri-neft məhsulları üzrə ixracın dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 429 milyon dollar artmışdır.

İcmalda həmçinin qeyd olunur ki, 8 ay ərzində qeyri-neft məhsulları ixracında meyvə-tərəvəz dəyəri 364,7 milyon dollar təşkil etməklə əsas paya malik olmuşdur. Qara metallar və onlardan hazırlanan məmulatlarda 1,5, pambıq iplikdə 3,1, şəkərdə 2,2 dəfə, kimya sənayesi məhsullarında 68, pambıq lifində 88,5, alüminium və ondan hazırlanan məmulatlarda 45 faiz artım qeydə alınmışdır.

Qeyd edilən müddət ərzində ixrac edilən qeyri-neft məhsullarının siyahısında  pambıq mahlıcı (143,8 milyon dollarlıq)  birinci, qızıl (140,1 milyon dollarlıq) ikinci, pomidor (tomat) (128,2 milyon dollarlıq) isə üçüncü yerdə qərarlaşmışlar.

Bu dövrdə Rusiyaya 522,3 milyon, Türkiyəyə 407,3 milyon, İsveçrəyə 154,9 milyon dollar, Gürcüstana  109,5  milyon dollar və ABŞ-a 48 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal və məhsullar ixrac olunmuşdur.

“İxrac icmalı”nda normallaşma prosesinin davam etdiyi dövrdə avqust ayı üzrə ixracın dəyərinin 1,6 milyard dollar olduğu göstərilir. Qeyri-neft sektoru üzrə ixracda artım 95,3 faiz təşkil etməklə dəyəri 230,4 milyon dollar olmuşdur. Cari ilin avqust ayı ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri ötən ilin müvafiq ayı ilə müqayisədə 53,1 faiz artaraq 38,3 milyon, qeyri-yeyinti məhsulları üzrə 106,6 faiz artaraq 192,1 milyon dollar təşkil etmişdir.

Avqust ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya 54,4 milyon dollarlıqla birinci, Türkiyə 48 milyon dollarlıqla ikinci, İsveçrə 25,5 milyon dollarlıqla üçüncü olmuşdur. Həmin ay ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr birinci, qızıl ikinci və karbamid üçüncü yerdə qeydə alınmışlar.

2021-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 30,8 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilmişdir. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizi həcmində olmuşdur. Avqust ayında isə “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə 2,2 milyon dollarlıq ixrac xidməti  göstərilmişdir.

Bu ilin yanvar-avqust ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə 9,6 milyon dollarlıqla ABŞ, 6,6 milyon dollarlıqla Birləşmiş Krallıq, 6,4 milyon dollarlıqla Fransa, 3,7 milyon dollarlıqla Malayziya və 1,1 milyon dollarlıqla BƏƏ qərarlaşmışdır.

İcmalda həmçinin məlumat verilir ki, bu ilin 8 ayı ərzində Azexport.az portalına 324,4 milyon dollar dəyərində ixrac sifarişləri daxil olmuşdur. 2021-ci ilin avqust ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 40,8 milyon dollar civarındadır. Həmin ay Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, xurma, nar, toyuq yumurtası, fındıq ləpəsi, biyan kökü və s. mallar üzrə daxil olmuşdur.

“İxrac icmalı”nda həmçinin göstərilib ki, ötən ay “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə  həyata keçirilən qeyri-neft məhsulları ixracının dəyəri 16,7 milyon dollara çatmışdır.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video