17 Yanvar 2012 02:01
378
İQTİSADİYYAT
A- A+

490 mədəniyyət nümunəsinin sərhəddən qanunsuz keçirilməsinin qarşısı alınıb

 

Azərbaycanın gömrük orqanları tərəfindən mədəni sərvətlərin ölkədən qanunsuz çıxarılmasının qarşısını almaq üçün sərt tədbirlər görülür.

Təkcə son 5 ildə kitablar, xalçalar, tüfənglər, xəncərlər, qılınclar, çoxsaylı fiqurlar, musiqi aləti, qamçılar, samovarlar, pul sikkələri və digər əşyalardan ibarət 490 mədəni sərvətin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmışdır.

İndiyədək gömrük orqanları tərəfindən müsadirə edilən yüzlərlə qədim əlyazma kitablar, ikonalar və digər mədəni sərvətlər aidiyyəti təşkilatlara əvəzsiz olaraq verilmişdir. Əşyalardan bir qismi isə Azərbaycan Dövlət Gömrük Komitəsinin 2006-cı ildə yaradılmış Gömrük Tarixi Muzeyində qorunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video