06:12 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

48 ailənin sevinci
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
02:13 08.12.2019


Bu günlərdə dövlət başçısının sərəncamı ilə ayrılan vəsait hesabına Astara şəhərində tikilən 48 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Yeni mənzillərə istismar müddəti başa çatmış binalarda yaşayan və daha çox ehtiyacı olan ailələr köçürülmüşdür.

Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev demişdir ki, vətəndaşlarımız köhnə, şəraitsiz evlərdən yaraşıqlı, hər cür kommunal şərati olan yeni mənzillərə köçür, arzularına qovuşurlar. Prezident İlham Əliyev sadə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün daim qayğı göstərir, vəsait ayırır. Bu gün siz də bunun şahidi oldunuz. Elə bu binanın qonşuluğunda Prezidentin başqa bir sərəncamı ilə ayrılan vəsait hesabına təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş rayon sakinləri üçün 36 mənzilli evin inşasına başlanmışdır.

Yeni mənzilə köçənlər - Yazgül Əliyeva, Zakir Ramazanov, Hafizə Məmmədova, Sevil Lətifova, Qızlar Əliyeva sakinlər adından çıxış edərək onlara hər cür şəraiti və rahatlığı olan mənzillər hədiyyə etdiyinə görə ölkə Prezidenti İlham Əliyevə sonsuz məhəbbətlərini bildirərək minnətdarlıq etmişlər.

Səfail MƏMMƏDOV,

Astara şəhər sakini



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM