31 May 2014 05:05
261
Səhiyyə
A- A+

31 may – Ümumdünya Tütünsüz Günüdür

Hər il mayın 31-i dünyada Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur.

Dünya Səhiyyə Təşkilatının (DST) təşəbüssü ilə 1988-ci ildən keçirilən bu gündə ictimaiyyətin diqqəti tütünün yaratdığı acınacaqlı vəziyyətə yönəldilir, hər il tütünün törətdiyi xəstəliklər nəticəsində dünyada altı milyonadək insanın vəfat etdiyi nəzərə çatdırılır və bu zərərli vərdişdən çəkinməyin yolları müzakirə olunur.
Ümumdünya Tütünsüz Günündə Azərbaycanda da bir sıra tədbirlər həyata keçirilir. Tütünçəkmə ilə daima mübarizə aparan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin maarifləndirilməsi istiqamətində bir sıra işlər görür.
İSİM-dən AzərTAc-a bildirmişlər ki, indiyədək tütünçəkmə ilə bağlı tədqiqatlar aparılmış, əhalinin sağlamlığının qorunması və sağlam həyat tərzinin təbliği məqsədi ilə videoçarx hazırlanmış, fotomüsabiqə təşkil edilmiş, “Tütünə qarşı mübarizə haqqında” DST-nin Çərçivə Konvensiyasının müvafiq maddələrinin həyata keçirilməsinin rəhbər prinsipləri Azərbaycan dilinə tərcümə olunaraq kitab şəklində çap edilmişdir. Həmçinin İSİM-in mütəxəssisləri Bakı şəhəri üzrə ali və orta məktəblərdə “Tütünsüz həyat: Sən özün yarat!” mövzusunda təqdimatlar keçirmişlər. Təqdimatlarda tütünçəkmənin insan sağlamlığına ziyanları, habelə tütünçəkmə ilə mübarizə istiqamətlərindən söhbət açılmış, tələbələrin və şagirdlərin sualları ətrafında fikir mübadiləsi aparılmışdır.
Bundan başqa, İSİM tərəfindən hazırlanmış bukletlər, plakatlar, qələmlər, məlumatlandırıcı nişan və digər nəşrlər əhali arasında paylanılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video