28 May Müstəqillik Günü kimi qeyd olunacaq
Parlament bununla bağlı qanun layihəsini birinci oxunuşda qəbul etdi
Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə Milli Məclisin nümayəndə heyətinin Slovakiya Respublikasına oktyabrın 7-dən 9-dək davam etmiş rəsmi səfəri barədə qısa məlumat verib.
Parlamentin Sədri xatırladıb ki, Slovakiya Mərkəzi Avropada yerləşən bir dövlətdir. Əhalisi 6 milyon nəfərə yaxın, ərazisi təqribən 49 min kvadratkilometrdir. Dinamik inkişaf edən iqtisadiyyata malik sənaye ölkəsidir.
Sahibə Qafarova deyib ki, bu səfər, ümumiyyətlə, Milli Məclisin sədrinin Slovakiyaya ilk rəsmi səfəri idi. Spiker qeyd edib ki, o, Slovakiyanın paytaxtı Bratislavada ölkənin Baş naziri Eduard Heger ilə görüşüb. Daha sonra sədr və nümayəndə heyətimiz parlamentin - Milli Şuranın Sədri cənab Boris Kollar ilə, dostluq qrupu ilə və xarici işlər naziri İvan Korçok ilə görüşüb danışıqlar aparıblar. Milli Məclisin Sədri və cənab Kollar mətbuat üçün birgə brifinq də keçiriblər.
Sədr Slovakiyada həmsöhbətlərinə Azərbaycanın Avropa İttifaqının üzvü olan dövlətlər ilə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini bildirib. Azərbaycanın enerji siyasəti, Avropanın enerji təhlükəsizliyi məsələlərində ölkəmizin oynadığı rol haqqında danışıb.
Sahibə Qafarova 44 günlük Vətən müharibəsində böyük qələbə qazanıldığı haqqında məlumat verdiyini söyləyib. Qeyd edib ki, Azərbaycan 30 ildən bəri Ermənistanın işğal altında saxladığı torpaqları azad edərək, həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail olub. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir.
Sədr həmsöhbətlərinin nəzərinə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu ilin iyul ayında imzaladığı Fərmanla ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsü müəyyənləşdirilib, 2 yeni rayon - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.
Sahibə Qafarova görüşlərdə Ermənistanın təxribatları barədə də məlumat verildiyini deyib. Bildirib ki, Ermənistan işğaldan azad olunmuş ərazilərə terrorçu qruplar göndərir, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra tutulmuş terrorçuları hərbi əsirlər kimi qələmə verir, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən boyun qaçırır. Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində bu günədək 150 nəfər mülki vətəndaş və hərbçimiz həlak olub və ya ağır yaralanıb.
Bu isə bir daha onu göstərir ki, Ermənistan həmişə olduğu kimi, beynəlxalq humanitar hüququ kobudcasına pozmaqda davam edir.
Sahibə Qafarova deyib ki, ötən ilin noyabrında Slovakiya parlamentində qəbul edilmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin və 2021-ci il aprelin 1-də qəbul edilmiş “Dağlıq Qarabağ haqqında” qərarın təəssüf doğurduğunu və qəbuledilməz olduğunu da diqqətə çatdırıb.
Gələn il Azərbaycanda Xocalı soyqırımının 30-cu ildönümünün qeyd ediləcəyini nəzərə çarpdırıb. Xatırladıb ki, bir sıra ölkələrin parlamentləri və bəzi beynəlxalq təşkilatlar insanlığa qarşı törədilmiş bu qətliama dair müvafiq qərarlar qəbul ediblər. Sədr ümidvar olduğumu bildirib ki, Slovakiya parlamenti də Xocalı soyqırımının tanınması prosesinə başlayacaqdır.
Spiker söhbətlər zamanı iki ölkə arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artması üçün müvafiq tədbirlərin görülməsi, COVID-19 pandemiyasına qarşı mübarizədə atılan addımlar, post-pandemiya dövründə əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsinin aparıldığını deyib.
Çıxışının sonunda Milli Məclisin Sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfərinin uğurla keçdiyini söyləyib və bununla əlaqədar olaraq səfərdə onunla birlikdə olmuş və danışıqlarda fəal iştirak etmiş həmkarlarına təşəkkürünü bildirib.
Sonra iclasda cari məsələlərin müzakirəsinə başlanıb.
Cari məsələlərin müzakirəsi zamanı çıxış edən Milli Məclisin komitə sədri Zahid Oruc, deputatlardan Hikmət Məmmədov, Rəşad Mahmudov, Fazil Mustafa, Nizami Səfərov, Aqil Abbas, Elman Məmmədov, Azay Quliyev, Aydın Mirzəzadə və Razi Nurullayev pandemiya ilə mübarizə, siyasi partiyaların nümayəndələrinin Şuşa səfəri və ölkəmizin ictimai-siyasi həyatına dair məsələlər ilə bağlı fikirlərini bildiriblər.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəlikdəki birinci məsələ - “Müstəqillik günü haqqında” qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib. Azərbaycanın Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü ərəfəsində belə bir qanun layihəsinin müzakirəyə çıxarılması əlamətdar hadisə olmaqla yanaşı, tariximizə hörmətin ifadəsidir. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası 1918-ci il mayın 28-də dövlət müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Müasir Azərbaycan dövləti tarixi varislik üzərində inkişaf edərək bugünkü yüksək səviyyəyə gəlib çatıb. Təqdim edilən qanun layihəsinin məramı tarixi ədaləti bərpa etmək və ötən 103 ilin 2 möhtəşəm hadisəsinə dəqiq və düzgün qiymət verilməsini təmin etməkdir.
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Müstəqillik günü haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Bildirib ki, müstəqilliyimizin məhz bərpasının 30 illiyi ərəfəsində cənab Prezident tərəfindən dövlətçilik tariximiz üçün çox əhəmiyyətli olan “Müstəqillik günü haqqında” qanun layihəsi təqdim edilməsi çox təqdirəlayiq haldır. Bu qanun layihəsi dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən də müstəqilliyimizin keçən əsrin əvvəllərində əldə edilməsi, sonunda isə bərpası kimi tarixi günlərin daha dəqiq ifadə olunması zərurətindən yaranıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdir. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına əsasən xalqımız öz müstəqilliyini bərpa edib. Bu tarixi günlərin mahiyyəti və məzmununun daha dəqiq ifadə olunması indiki qanun layihəsində öz əksini tapıb. Beləliklə, təklif olunur ki, Mayın 28-i Müstəqillik Günü, Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin. Müstəqillik günü və müstəqilliyin bərpası günü hər il bayram kimi qeyd edilsin.
Əli Hüseynli həm tarixi xronologiya baxımından, həm də mahiyyət baxımından həmin günlərin dövlətçilik tariximizin ən vacib günləri olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu qanun layihəsi tarixdə baş vermiş hadisələri daha dəqiq özündə ehtiva edir. Cənab Prezidentin təqdim etdiyi bu qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsində geniş müzakirə edilib və ətraflı fikir mübadiləsi aparılıb.
Qanun layihəsi barədə çıxış edən Milli Məclisin komitə sədrləri Musa Quliyev, Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Hikmət Məmmədov, Qüdrət Həsənquliyev, Kamal Cəfərov, Nurlan Həsənov, Kamilə Əliyeva, Aydın Mirzəzadə, Emin Hacıyev, Əli Məsimli, Fazil Mustafa və Vahid Əhmədov qanun layihəsinin zəruriliyindən bəhs ediblər, onun müstəqillik tarixi baxımından vacibliyinə toxunublar.
Fasilədən sonra “Müstəqillik günü haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi davam etdirilib. Çıxış edən Milli Məclisin komitə sədrləri Hicran Hüseynova, Bəxtiyar Əliyev, Tahir Rzayev, deputatlar Nizami Səfərov, Razi Nurullayev, Elşad Mirbəşiroğlu, Fazil Mustafa, Anar İsgəndərov, Musa Qasımlı, Ramin Məmmədov, Nigar Arpadarai, Erkin Qədirli, Azər Badamov, Asim Mollazadə, Cavid Osmanov, Etibar Əliyev, Tahir Kərimli, Azay Quliyev və Sahib Alıyev müzakirə olunan qanun layihəsinin Vətən müharibəsində Azərbaycanın zəfəri və dövlətçilik tarixi baxımından əhəmiyyətini, daşıdığı məna yükünü xüsusi qeyd ediblər.
Sonra “Müstəqillik günü haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasda Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında qərar layihəsinə də baxılıb. Milli Məclisin deputatı Azaq Quliyev bu komitənin üzvü seçilib.
Rəşad CƏFƏRLİ,
Aydan XƏLİLOVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Biz unutmuruq, tarix də unutmasın...
28 Mart
Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib ...
28 Mart
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
28 Mart
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir ...
28 Mart
Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydal...
28 Mart
Gürcüstanda ölüm halları artır - Statistika
28 Mart
Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan
28 Mart
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib
28 Mart
Bayden Trampı 3 faiz fərqlə qabaqlayır - SORĞU
28 Mart
ABŞ Nümayəndələr Palatasının heyəti Türkiyəyə gələcək
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!