2500 yaşlı xalça
Qədim dövrlərdə yaşayış yerləri olan mağaralar bir çox çətinlikləri ilə insanları yenilikləri kəşf etməyə sövq edirdi. Onlar soyuq və daş torpağın üstündə yatmamaq üçün ovladıqları heyvanların dəri və xəzlərindən xalça kimi istifadə edirdilər. Zaman keçdikcə isə bunlardan istifadə azaldı və toxunmuş materiallara keçid dövrü başlandı.
Ən erkən tarixli xalça “pazırıq” adını daşıyır. Bunu keçən əsrin ortalarında rus arxeoloqu Sergey Rudenko Qazaxıstanda Altay dağlarının yaxınlığında aşkar edib. Tədqiqatlar bu xalçanın eradan əvvəl 5-ci əsrə aid olduğunu sübuta yetirib. Qəbirə sızan suyun donması nəticəsində buz bağlayan məzarın daxilində yerləşməsi xalçanın bu günə qədər gəlib çatmasının əsas səbəbidir. Xalça olduqca böyük sənətkarlıqla hazırlanıb.
Xalçanın mərkəzi hissəsi 24 çarpaz formalı fiqurla əhatə olunub. Hər bir hissənin daxili 4 elementlə bəzədilib. Mərkəzi sahə marallarla haşiyələnib. Ən kənar hissədə isə atlılar yer alıb. Xalçanın toxunduğu əsas rənglər sarı, qırmızı və mavi saplardan ibarət olub. Bu rənglər isə təbii formada bitkilərdən və sairədən əldə edilib. Lakin görünüşdən aydın olur ki, rənglər solaraq nisbətən başqa çalarları özündə əks etdirir. Yun materiallı xalça “türk düyünü” üsulu ilə hazırlandığı üçün sıx toxunuşlu və xovludur.
Xalçanın hansı xalqa məxsusluğu da maraqlıdır. Bir çox xalqlar belə dəyərli nümunəni özününküləşdirmək üçün mübarizə aparırlar. Əslində, “pazırıq” xalçasında olan naxışlar, rəmzlər onun türklərə aid olmasını göstərir. 24 fiqurun 24 oğuz boyundan xəbər verməsi, toxunma üsulu və digər simvollardakı mənalar bunun doğruluğuna əsasdır. Bu tarixi xalça Ermitaj Muzeyində sərgilənir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir...
25 Aprel
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
25 Aprel
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
25 Aprel
Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq ...
25 Aprel
Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır
25 Aprel
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!