08 Iyul 2021 21:36
821
Təhsil
A- A+

2020-2021-ci tədris ilində 759 nəfər “SABAH” tələbəsi məzun olub  

İyulun 8-də onlayn formatda “SABAH”ın məzunu” mərasimi keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə “SABAH” qruplarının fəaliyyətini əks etdirən, eləcə də Vətən müharibəsində qələbəmizi təcəssüm etdirən videoçarxlar nümayiş olunub.

Onlayn tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev diqqətə çatdırıb ki, “SABAH” qrupları layihəsi ölkəmizin ali təhsil sistemində yeni və müasir təhsil mühiti formalaşdırmaq, ali məktəblərə qəbul olunan savadlı, bacarıqlı tələbələrə öz istedadını reallaşdırmaq üçün platforma qurmaq məqsədinə xidmət edir.

Emin Əmrullayev çıxışında “SABAH” qrupları məzunlarının hər il magistratura pilləsinə qəbul, müəllimlərin işə qəbulu və digər indikatorlar üzrə yüksək nəticələr göstərdiyini bildirib. Təhsil naziri müəllim ixtisası üzrə məzun olan gənclərin Azərbaycan təhsilinin gələcəkdə yeni simalarına çevriləcəyini, ümumiyyətlə bu dövrdə məzun olacaq tələbələrin zəfər qazanmış Azərbaycanın iqtisadiyyatının və digər sahələrinin inkişafında, fərqli beynəlxalq müstəvidə ölkənin nüfuzunun yeni bir səviyyəyə çatmasında rol oynayacağını xüsusilə vurğulayıb.

Müasir və sürətlə dəyişən dünyada uğura gedən yolun peşəkar bilik və bacarıqların, innovasiyalara açıq olmaq qabiliyyətinin birliyindən keçdiyini deyən təhsil naziri bu yolda hər bir “SABAH” məzununa uğurlar arzulayıb.

Tədbirdə “SABAH” qrupları layihəsinin rəmzi ənənələri - məzun papaqlarının havaya atılması, rəmzi “SABAH” açarının III kurs tələbələrinə verilməsi kimi videoçarxlar nümayiş olunub. Sonda “SABAH” mərkəz rəhbərlərinin və müəllimlərinin təbrikini əks etdirən videoçarxlar göstərilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və digər rəsmilər, eləcə də ali təhsil müəssisələrinin rektorları, “SABAH” qruplarının əməkdaşları və tələbələr iştirak ediblər.

Qeyd edək ki, “SABAH” qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 35 ixtisas üzrə 2430-dan çox tələbəni əhatə edir. 2020-2021-ci tədris ilində 759 nəfər “SABAH” tələbəsi məzun olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video