18 Mart 2020 01:22
1107
Fərmanlar
A- A+

“20 Yanvar şəhidi” fəxri adının vəsiqəsinin təsviri


Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş "20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”yə əlavə


1. "20 Yanvar şəhidi” fəxri adının vəsiqəsi (bundan sonra - vəsiqə) 7smx19,5sm ölçülü cilddən ibarətdir. Vəsiqə qırmızı rəngdədir, vəsiqənin cildinin üst tərəfində, ortada qızılı rənglə "20 YANVAR ŞƏHİDİ” FƏXRİ ADININ VƏSİQƏSİ” sözləri yazılmışdır.

2. Vəsiqənin içliyinin birinci səhifəsində yuxarıda ortada Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsviri verilir, onun altında "20 YANVAR ŞƏHİDİ” FƏXRİ ADININ VƏSİQƏSİ”, həmin sözlərin altında "№___” işarəsi, onun da altında "Azərbaycan Respublikası Prezidentinin ___il "____” _____tarixli _____nömrəli _____________ ilə” sözləri yazılır.

3. Vəsiqənin içliyinin ikinci səhifəsində birinci sətrin altında ortada "soyadı”, ikinci sətrin altında ortada "adı”, üçüncü sətrin altında ortada "atasının adı” sözləri, onun altında sol tərəfdən başlayaraq "20 Yanvar şəhidi” fəxri adı verilmişdir.” cümləsi, həmin cümlənin altında isə "Azərbaycan Respublikasının Prezidenti” sözləri yazılır.

"20 Yanvar şəhidi” fəxri adının vəsiqəsinin eskizi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video