06:17 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


00:42 06.08.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

1500 yaşlı oyun

ANA SƏHİFƏ / İDMAN
01:29 18.07.2021

 

İnsanın ən güclü silahı ağıl, oyunlarda ən maraqlısı şahmatdır

 

Hər kəsin uşaqlıqdan sevdiyi bir oyun olur. İlk baxışdan əyləncə hesab edilən oyunlarımız az deyil. Bəzən bu oyunlara kənardan hobbi kimi baxanlar da olur. Hətta peşəkar oyunçuları düşmənlə üz-üzə dayanmış ordunun sərkərdəsinə bənzədənlər də var.

İnsanlar tərəfindən icad olunan oyunların içərisində biri də var: həm idmana, həm də incəsənətə yaxındır - yaddaşı gücləndirir, diqqəti və səbri artırır, çətin vəziyyətlərdən çıxış yolu tapmaq və ani qərar qəbul etmək vərdişləri formalaşdırır. Söhbət şahmatdan gedir. Maraqlıdır, bu oyun nə vaxt və necə yaranıb?

Şahmat oyunu 1500 il bundan əvvəl Hindistanda meydana gəlib və ilk vaxtlar “çaturanq” adlanıb. Bu oyunun qaydaları vaxt ötdükcə dəyişərək indiki halını alıb.

Rəvayətə görə, hind müdriklərindən biri çaturanq oyununu qanlı müharibələrin qarşısını almaq üçün icad edib: döyüş əməliyyatlarını adi taxta üzərində aparmaq və qələbəni insanın ən güclü silahı - ağılla qazanmaq mümkündürsə, onda nəyə görə qan tökülsün?

Bu oyun hind şahzadəsini valeh edib. Şahzadə oyunu icad edən şəxsi mükafatlandırmaq məqsədilə onu saraya dəbət edərək deyib: “Nə arzun varsa, de, yerinə yetirim”. Lakin şahmatın hikmətini bildikdən sonra, o, həmin mükafatı verməyə sərvət tapmayıb.

İlk şahmat turniri XIX əsrdə təşkil olunub. Bu gün şahmat turnirləri beynəlxalq səviyyədə Beynəlxalq Şahmat Federasiyası tərəfindən idarə olunur. 

İlk “Dünya şahmat çempionu” adına məşhur şahmatçı Vilhelm Steynits 1886-cı ildə iddia edib. Şahmat oyununun nəzəriyyəsi onun yarandığı gündən indiyədək çox inkişaf edib. İncəsənət aspektlərinə şahmat kompozisiyasında rast gəlinir. Şahmat öz növbəsində Qərb mədəniyyətinə və incəsənətinə təsir göstərib. Həmçinin riyaziyyat, informatika və psixologiya kimi digər sahələrlə də əlaqələri var. İlk kompüter alimlərinin hədəflərindən biri şahmat oynayan maşın yaratmaq olub.

1996-cı ildən 20 iyul tarixi dünyanın hər yerində Beynəlxalq Şahmat Günü kimi qeyd olunur. Bu bayram əsası 1924-cü ildə qoyulmuş Beynəlxalq Şahmat Federasiyasının qərarı ilə keçirilir.

Azərbaycanda da şahmat ən populyar idman növlərindən biridir. Prezident İlham Əliyevin sərəncamı ilə 2009-2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramı təsdiq edilib. Ölkəmizdə şahmat ötən əsrin 70-ci illərindən başlayaraq populyarlaşdı. Çünki Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə respublikada şahmat məktəbləri tikilməyə başladı. Yaradılmış şəraitə görə də gənclərin bu idman növünə marağı artdı. Məhz bunun nəticəsidir ki, bu gün dünyaca məşhur gənc və istedadlı şahmatçılar yetişməkdədir.

Şahmatın hikməti böyükdür. O, çağdaş dövrümüzdə həm də ictimai-siyasi, elmi və mədəni həyatımızın bir parçasına çevrilib. Bu oyun vasitəsilə dünya xalqları bir-birinin qeyri-adi düşüncə qabiliyyətlilərini tanıyır.

Bu sahədə tanınmışlar xalqımızın və dövlətimizin tarixinə adlarını qızıl hərflərlə yazırlar. Onlardan biri də 1988-ci ildə Bakı şəhərində dünyaya göz açan, 164 nömrəli orta məktəbdə oxuyub, 7 yaşından şahmatla məşğul olan Rauf Məmmədovdur.

Dəfələrlə Avropa və dünya çempionatlarında qızıl medalla Vətənə dönən şahmatçının anası Lətifə Əliyeva deyir ki, Rauf

8 yaşında olarkən SSRİ-nin paytaxtında onyaşlılar arasında keçirilən yarışda Moskva çempionu olub: “...1998-ci ildə  Rauf 10 yaşında olarkən Ulu Öndər Heydər Əliyev kiçikyaşlı şahmatçını qazandığı uğurlarına görə qəbul edib. Həyatında ən unudulmaz olan o anlar sanki onun dünya çempionu kimi zirvələr fəth etməsində stimula çevrildi. Fərəhlənirdi ki, Ümummilli Liderimiz onun uğurlarına sevinir və daha böyük nailiyyətlər arzulayır. Rauf dəfələrlə dunya və Avropa çempionatının gümüş, bürünc və qızıl medallarına layiq görülüb. Mənə isə bir ana kimi, dəfələrlə onun beynəlxalq yarışlarda erməniəsilli rəqiblərinə qeyri-adi gedişlərlə  qalib gələrək qazandığı zəfərlərin sevinc göz yaşları yadigar qalıb. 16 yaşında artıq o, Avropa çempionu kimi tanınıb. 5 qat kişilər,

9 qat yeniyetmə və gənclər arasında Azərbaycan, sürətli şahmatda, eləcə də 3 qat komanda üzrə Avropa çempionudur. Dəfələrlə beynəlxalq yarışların qalibi olub. Sürətli şahmat üzrə Çində dünya, onlayn formatda kecirilən yarışda isə Fransa çempionu adına layiq görülüb...”

 2020-ci ildə pandemiya ilə əlaqədar yenə də onlayn keçirilən “İpək Yolu”nun qalibi - çempionu adını qazanan, Olimpiada yarışında bürünc medalın sahibi olan şahmatçımızın uğurları yalnız yuxarıda sadalananlar deyil. Makedoniyanın paytaxtında  keçirilən şahmat üzrə şəxsi Avropa çempionatının III turunda iştirak edən 7 təmsilçimizdən heç biri məğlub olmayıb. Həmyerlilərimizdən ən yaxşı nəticə Məhəmməd Muradlıya məxsus olsa da, Rauf Məmmədovla Ülvi Sadıqov da ardıcıl ikinci qələbəsini qazanıblar.

2017-ci ildə Avropa  çempionatında da Rauf  Məmmədov Vətənə 2 qızıl medal gətirib.

Maraqlı məqamlardan biri məşhur şahmatçımızın indiyədək iştirak etdiyi və  qalibiyyətlə döndüyü beynəlxalq və yerli yarışlarda sponsorunun olmamışdır. Anası onu da xüsusi vurğulayır ki, əgər sponsoru olsaydi, o, daha böyük nailiyyətlər qazana bilərdi. Bundan başqa o, 1997-ci ildən 2004-cü ilə kimi öz təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin ad günündə Azərbaycanda və ölkə kənarında şahmat yarışları da keçirib. Bu barədə Moskvada çıxan qəzetlərdə də məqalələr dərc edilib.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM