13 Oktyabr 2021 00:33
803
SİYASƏT
A- A+

13 oktyabrin -   ZƏFƏR gündəliyi 

 

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərir.

Oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalır.

Azərbaycan Ordusu tərəfindən həyata

keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

***

Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilir.

1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi isə pusquya salınır, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılır.

***

Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilir.

Döyüş əməliyyatları zamanı tanınmış erməni terrorçu, “Körpə” ləqəbli Mqer Arutyunyan da zərərsizləşdirilir.

Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayır.

***

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri səhər saatlarından etibarən Tərtər və Ağcabədi rayonlarının ərazisini yenidən atəşə tutur.

Sentyabrın 27-dən bəri Tərtər şəhərində, rayonun qəsəbə və kəndlərində sakinlərə məxsus 100-dən çox ev dağılıb, 500-dək evə, 51 çoxmənzilli yaşayış binasına, 60 yardımçı tikiliyə, 18 sosial, 7 istehsal, 27 ticarət obyektinə, 14 inzibati binaya ziyan dəyib. Mülki şəxslər arasında ölən və yaralananlar var.

Ağcabədi rayonunun yaşayış məntəqələrində isə 11 ev tamamilə dağılıb, 150-ə yaxın evə, 1 uşaq bağçasına, 1 məscidə və 1 kitabxanaya ziyan dəyib.

***

Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın humanitar atəşkəs rejimini pozmasının səbəblərini açıqlayır.

Prezident deyir ki, onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək Ermənistanın terrorçu rəhbərliyi üçün adi bir haldır. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb: “Ermənistanın bu xain hücumunun səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyirlər. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və bizi cavab atəşinə təhrik edirlər”.

Gəncəyə, Tərtərə raket zərbələrinin endirilməsini Ermənistanın növbəti terror aktı adlandıran Prezident əminliklə vurğulayır ki, bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbycan düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşaraq öz torpaqlarını azad edəcək və bayrağını işğal edilmiş bütün ərazilərdə qaldıracaq.

Bu xain hücumlar zərrə qədər də bizi yolumuzdan döndərə bilməz. Ermənistanın məqsədi Azərbycanı dayandırmaqdır. Onlar zənn edirlər ki, bu xain zərbələr Azərbaycanı dayandıracaq: “Bizi heç kim dayandıra bilməz. Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik”.

***

Müdafiə Nazirliyi işğaldan azad edilən Hadrut qəsəbəsinin videogörüntülərini yayır.

Qəsəbədəki ən yüksək zirvədə bayrağımız dalğalanır.

Xatırladaq ki, Xocavəndin Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad olundu. Hadrutun azad edilməsi Vətən müharibəsində dönüş nöqtəsi idi. Hadrut çox strateji əhəmiyyətə malik, həm də ordumuzun növbəti əməliyyatları yerinə yetirməsi üçün əsas açar yerlərdən biriydi. Azərbaycan Ordusu hərb tarixinin ən çətin əməliyyatlarından birini - sızma və dərinlikdə əməliyyatlarını icra edərək Hadrutu işğaldan azad etdi. Bu, Füzuli rayonunda yerləşən düşmən qüvvələrinin, onlara gələn təchizat və digər əlaqə yollarının kəsilməsində və mühüm strateji nöqtələrin ələ keçirilməsində önəmli rol oynadı. Hadrut azad ediləndən sonra demək olar ki, Ermənistan ordusunda çox sürətli şəkildə pərakəndəlik və fərarilik başladı, döyüş ruhu sındı. Separatçı rejimin başçısı Araik Harutyunyan kiçik qüvvələr yığaraq Hadrutun yenidən zəbt olunması üçün hücumlar təşkil edirdi. Ancaq onlar heç bir effekt vermədi. Azərbaycan Ordusu öz qalibiyyətli yürüşünü davam etdirdi və düşməni digər rayon, şəhər və yaşayış məntəqələrimizdən də qovub çıxardı.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video