10:40 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

11 sentyabr terror aktları dünya birliyinə meydan oxumaq idi
ANA SƏHİFƏ / DÜNYA
13:45 11.09.2021

 

Sentyabrın 11-də “Əl-Qaidə” qruplaşmasının üzvləri tərəfindən ABŞ-da törədilmiş terror aktlarının iyirminci ildönümü qeyd olunur.

2001-ci il sentyabrın 11-də yaxşı əlaqələndirilmiş 19 nəfər intiharçı terrorçu qrup tərəfindən dörd terror aktı törədilmişdi. Bu qrupun törətdiyi terror aktlarını Qərbdə adətən “9/11” adlandırırlar.

Həmin terrorçular müntəzəm reyslər yerinə yetirən dörd sərnişin avialaynerini zəbt edərək onları Nyu-Yorkda Manhettenin cənub hissəsində yerləşən Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə və Vaşqinqtonda Pentaqonun binasına yönəldiblər. Ehtimal ki, onlar Kapitoliyanın və ya Ağ evin binasına uçmağa cəhd göstəriblər. İndi artıq məlumdur ki, sonuncu təyyarə hədəfə çatmayıb, çünki bir qrup cəsur sərnişin terrorçuları zərərsizləşdirməyə nail olub və təyyarə Pensilvaniya ştatında yerə çırpılıb. Terror aktları nəticəsində 2977 nəfər həlak olub, 19 terrorçu ölüb, 24 nəfər itkin düşüb.

Təbii ki, həmin günü heç kəs unutmayacaq, çünki bu terror aktları xarici terrorçu qrup tərəfindən ABŞ-a qarşı Birləşmiş Ştatların öz ərazisində törədilmiş ilki hücum idi. 11 sentyabr terror aktları təkcə Amerikada dəyişikliyə səbəb olmadı, bu hadisələrdən sonra çoxlu müharibələr başlandı, dünyada qüvvələr balansı dəyişdi, çoxsaylı terror təşkilatları və radikal qruplaşmalar yaradıldı.

11 sentyabr hadisələri Amerikanın özündə ümummilli birliyə təkan verdi, müxtəlif irqlərə, konfessiyalara və siyasi qruplara mənsub olan amerikalılar sıx birləşdirlər. “Əl-Qaidə”nin və onun lideri Üsəma ben Ladenin məhv edilməsini, habelə Əfqanıstanda taliblər rejiminin devrilməsini nəzərdə tutan “Sarsılmaz azadlıq” adlı hərbi əməliyyat başlanandan sonra ABŞ hökuməti əvvəllər federal agentliklər ilə özəl sektor arasında əməkdaşlığa və informasiya mübadiləsinə əngəl törədən maneələri aradan qaldırdı. Federal agentliklər ştatlar səviyyəsində münasibətləri möhkəmləndirdilər, yerlərdə aparılan müşahidələr bilavasitə beynəlxalq və daxili terrorizmə qarşı mübarizə üçün çox faydalı oldu. Birləşmiş Ştatların təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi üçün 2002-ci ildə Daxili Təhlükəsizlik Nazirliyi yaradıldı. Terror aktları törədilməsinə və təbii fəlakətlərin nəticələrinə qarşı mübarizə məqsədilə bütün idarələrin optimal qarşılıqlı fəaliyyətinə nail olmaq üçün yaradılmış, prinsip etibarilə yeni olan bu qurum çoxsaylı təhlükəsizlik xidmətlərini birləşdirir.

Terror aktlarına cavab tədbirləri ilə bağlı dəyişikliklər nəticəsində, Federal Təhqiqatlar Bürosunun (FTB), digər federal agentliklərin və ABŞ-ın beynəlxalq tərəfdaşlarının gərgin işi sayəsində o vaxtdan bəri Amerika ərazisində xarici terror təşkilatları tərəfindən heç bir irimiqyaslı hücum baş verməyib. Lakin ABŞ-ın səylərinə baxmayaq son 20 ildə texnologiyalar inkişaf etdikcə, dünyada qarşılıqlı əlaqələr möhkəmləndikcə, məlum təhdidlər transformasiyaya məruz qalıb, yeni təhdidlər yaranıb.

Xarici terrorçu və ekstremist təşkilatlar ayrı-ayrı, mərkəzləşdirilməmiş iştirakçıları əlçatan vasitələrdən istifadə etməklə hücumlar törətməyə cəlb etmək üçün internetdə təbliğat aparırlar. Təkbaşına fəaliyyət göstərən terrorçular kütləvi qətllər törətmək və hədəf auditoriyaya maksimum ziyan vurmaq üçün bütün resurslardan istifadə edirlər. Son 20 ildə Amerika meqapolislərində kütləvi qətllər törətməyə çalışan bir neçə əcnəbi terrorçu Amerika xüsusi xidmətlərinin və FTB-nin səmərəli işi nəticəsində zərərsizləşdirilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM