06 Sentyabr 2011 02:09
376
İQTİSADİYYAT
A- A+

11-ci Beynəlxalq Pestisid Forumu Azərbaycanda keçiriləcək

 

Sabah Qəbələ şəhərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Pestisidlər Assosiasiyasının təşkilatçılığı ilə 11-ci Beynəlxalq Pestisid Forumu işə başlayır.

Forum artıq 20 ildir dünyanın müxtəlif ölkələrində keçirilərək BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Stokholm Konvensiyasına daxil olan və davamlı xlorüzvi kimyəvi maddələrə aid problemlərin həlli məqsədilə dövlət, qeyri-dövlət, elmi-tədqiqat, sənaye və s. sahələrin nümayəndələrini, akademik işçiləri bir yerə toplayır.

Bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan forum Qafqaz və Orta Asiya ölkələrinin ətraf mühitdə pestisidlər problemlərinə aid olacaq. Forumda Avropa Parlamentinin rəsmiləri, beynəlxalq elmi-tədqiqat mərkəzlərinin, Avropa və MDB ölkələrinin dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak edəcək.

Forumda 40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspertin iştirakı gözlənilir. Tədbir çərçivəsində Qəbələ Bəyannaməsinin qəbul ediləcəyi nəzərdə tutulur.     

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən almışıq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video