10 QOLLU TUR
Premyer Liqada ilk dövrəyə yekun vuruldu
“Sabah” - “Qarabağ” - 1:2
Qollar: Aleksey İsayev, 64 - Filip Ozobiç, 44, Abdullah Zubir, 51
Qırmızı vərəqə: Xulio Sezar Rodriges, 27
Futbol üzrə Azərbaycan Premyer Liqasında keçirilən 7-ci turun qarşılaşmaları ilə çempionatın ilk dövrəsinə yekun vurulub. Cari mövsümdə qələbə üzü görməyən aşkar autsayder “Sabah” məğlubiyyətsiz yeganə komandanı - “Qarabağ”ı qəbul edib. Bakılıların xal həsrəti, ağdamlıların isə uğurlu seriyası davam edib. 27-ci dəqiqədə meydançada azlıqda qalan “Sabah” fasilə ərəfəsində hesabda da geri düşüb. İkinci hissənin əvvəllərində “Qarabağ” daha bir dəfə fərqlənib. Paytaxt təmsilçisi 10 nəfərlə oynamasına baxmayaraq, fərqi minimuma endirməyi bacarıb. Lakin Ramin Quliyevin kollektivinin bundan artığına gücü çatmayıb.
Ağdamlılar oyuna daha sürətli başladılar. Meydançanın mərkəzində pressinq tətbiq edərək paytaxt komandasına boş zona buraxmadılar. Nəticədə itirilən hər top “Sabah”ın qapısı qarşısında qol epizodları ilə yadda qaldı. Buraxılan qollardan sonra meydan sahiblərinin baş məşqçisi oyun planında dəyişikliyə getdi. Müdafiədən oyun qurmaq yerinə uzun ötürmələrlə meydançanın rəqibə aid hissəsində cinahlardan hücuma keçid taktikası seçdi. Eyni zamanda itirilən hər topun tez bir zamanda komandaya qazandırılması “Qarabağ”ın hücum kəsərini zəiflətdi.
Fasilədən sonra paytaxt klubunda fiziki yorğunluq hiss olunmağa başladı. Elə buna görə idi ki, hər itirilən topdan sonra boş zonalarda çoxala bilmədilər. Nəticədə rəqibinə ardıcıl 5-ci dəfə uduzan “Sabah” bu matçda da qələbə həsrətinə son qoya bilmədi. İzləyicilərinin xal itirməsindən məharətlə yararlanan “Qarabağ” isə ikinci dövrə öncəsi liderliyini bir qədər də möhkəmləndirdi.
“Sumqayıt” - “Neftçi” - 1:1
Qollar: Murad Xaçayev, 50 - Sabir Buqrin, 54
Paytaxt təmsilçisi mövsümə qeyri-sabit başlanğıc edən “Sumqayıt”ın qonağı olub. Son iki ev oyununda “ağ-qaralar”ın qapısına yol tapa bilməyən “gənclik şəhəri”nin təmsilçisi bu uğursuzluğa son qoya bilib. Həmin qol da Ayxan Abbasovun yetirmələrinə 1 xal qazandırıb. Bu komandalar arasında son iki ildə keçirilən 6 matçda olduğu kimi, yenə ev sahibi olan tərəf qələbə üzü görməyib.
Düzdür, ilk hissədə mübarizə meydançanın daha çox mərkəzində getsə də, “ağ-qaralar”ın qurduqları hücumlar daha kəsərli idi. Oyunun əvvəlindən üstünlüyü ələ keçirən “Neftçi” meydançanın rəqibə aid hissəsində pressinq tətbiq edərək “Sumqayıt”ın oyun qurmasına mane oldu. Meydan sahibləri bu matçda yaranan əks-hücumlarda müdafiənin arxasına atılan toplarla qol epizodu yaratmağa çalışırdılar. Belə epizodlardan birində Murad Xaçayev “Sumqayıt”ı hesabda irəli çıxartdı.
Qoldan sonra tədricən qısa ötürmələrə üstünlük verən paytaxt klubu Samir Buqrinin vurduğu qolla hesabda tarazlığı bərpa etdi. Görüşün qalan dəqiqələrində hər iki komandanın qol vurmaq üçün şansları olsa da, onlardan yararlana bilmədilər.
“Səbail” - “Keşlə” - 1:2
Qollar: Rauf Əliyev, 71 - Tərlan Quliyev, 68, Anatole Abanq, 81
Çempionatın iki autsayder komandalarının duelində qonaqlar qələbəyə sevindilər. Son iki turda 4 xal topladığı üçün postunda saxlanılan Sənan Qurbanovun komandası “Keşlə” uğurlu seriyanı “Səbail”lə səfər matçında da davam etdirdi. Qəsəbə təmsilçisi “ASCO Arena”da minimal hesabla qələbə qazanaraq, turnir cədvəlində rəqibini qabaqladı.
Düzdür, ilk hissədə mübarizə meydançanın daha çox mərkəzində getsə də, “Keşlə”nin qurduğu hücumlar daha kəsərli idi. Oyunun əvvəlindən üstünlüyü ələ keçirən qonaqlar meydançanın rəqibə aid hissəsində pressinq tətbiq edərək “Səbail”in oyun qurmasına mane oldular. Bununla da yarımmüdafiə ilə hücum xəttində yer alan oyunçuların bağlantısı kəsildi. Meydan sahibləri yalnız yaranan əks-hücumlarda müdafiənin arxasına atılan toplarla qol epizodu yaratmağa çalışdılar. Lakin bütün cəhdlərə baxmayaraq, məğlubiyyətdən qaça bilmədilər.
“Qəbələ” - “Zirə” - 1:1
Qollar: Ülvi İsgəndərov, 79 - Cəlal Hüseynov, 18
Mövsümə uğurlu start götürən “Qəbələ” ilə “Zirə” isə birincilərin meydanında qarşılaşdılar. Doğma arenasında “Zirə”yə axırıncı dəfə 2016-cı ildə uduzan “Qəbələ” 9 oyunluq məğlubiyyətsizlik seriyasını 10-a yüksəltdi. Halbuki görüşdə hesabı bakılılar açıblar. Bölgə təmsilçisi sona yaxın bərabərlik topunu vurdu. Turnir cədvəlində eyni xala malik qonşu komandaların dueli sonda qollu bərabərliklə yekunlaşdı.
Elçin CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İmperializmin təzahürü
29 Mart
Bakı asan rəqib deyil
29 Mart
Qərb Cənubi Qafqazı yeni fəlakətə sürükləmək istəyir
29 Mart
Terror bəşəriyyət üçün təhlükədir
29 Mart
Qərbin məkri Ermənistanı ağır duruma salacaq
29 Mart
Solovyov ermənilərin maşası olmağından "şərəf" duyur
29 Mart
Makron İlham Əliyevə yenə uduzdu
29 Mart
Orta dəhliz hazırda ən etibarlı marşrutdur
29 Mart
Sülhün yolu Azərbaycanla əməkdaşlıqdan keçir
29 Mart
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!