16 Noyabr 2011 03:11
471
İQTİSADİYYAT
A- A+

10 ayda 16 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

 

Cari ilin oktyabr ayında ölkə enerji sistemində 1,5 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir. Bu bardə "Azərenerji" ASC-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,3 milyard kilovat-saatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovat-

saata yaxın elektrik enerjisi istehsalı düşür.  Bununla yanaşı, ay ərzində Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etmişdir.

Mənbənin bildirdiyinə görə, 2011-c ilin 10 ayı ərzində enerji sistemində 16 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu həcmdən də 13,6 milyard kilovat-saatdan artıq İES-lərin, 2,4 milyard kilovat-saata yaxını isə SES-lərin payına düşür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video