01 Oktyabr 2021 00:37
853
SİYASƏT
A- A+

1 oktyabr

 

Azərbaycan Ordusunun əks-həmlə əməliyyatları uğurla davam edir. Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilir.

Bu müddət ərzində düşmənin ümumi itkiləri belədir:

-   200-dək tank və digər zirehli texnika;

-   228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

-   30 ədəd hava hücumundan müdafiə vasitələri;

-   6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

-   5 silah-sursat anbarı;

-   110-dan artıq avtomobil texnikası;

-   1 ədəd “S-300” zenit-raket kompleksi.

***

Düşmənin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilir.

***

Səhər saatlarından etibarən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulur.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfindən tələb edir ki, ölkəmizin ərazisinin atəşə tutulmasını dərhal dayandırsın. Əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.

***

Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir. Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.

Məlum olur ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir. Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhədəki hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə  çatdırmaqdan imtina edirlər.

***

Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilir.

***

Azərbaycan Ordusunun bölmələri düşmənin daha bir neçə hava hücumundan müdafiə vasitələri və yaylım atəşli reaktiv sistemlərini məhv edir.

***

Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə telefonla zəng edərək təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanır.

İlham Əliyev belaruslu həmkarına məlumat verərək bildirir ki, Ermənistanın sentyabrın 27-də səhər saatlarında başladığı hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli ağır artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində bu günə kimi hərbi qulluqçularımız, 17 mülki şəxs həlak olub, 50-dən çox mülki şəxs yaralanıb, 200-dən çox ev dağıdılıb. Buna cavab olaraq Azərbaycan tərəfi əks-hücum əməliyyatlarını həyata keçirir.

Dövlət başçısı əlavə edir ki, artıq Ermənistan ərazisindən də Azərbaycan mövqeləri atəşə tutulur ki, bu da qəti şəkildə yolverilməzdir. Ermənistan tərəfi şüurlu şəkildə danışıqlar prosesini pozur və hərbi təxribatlara rəvac verməklə yanaşı, danışıqlar prosesinə də böyük zərbə vurur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video