17 May 2021 16:32
869
DÜNYA
A- A+

Prezident Bayden Trampın miqrantlar barəsində qoyduğu qadağanı ləğv edib

 

ABŞ Prezidenti Co Bayden Donald Tramp tərəfindən tətbiq olunan qadağanı ləğv edib. Bu qadağa tibbi sığortanın və ya tibbi xidmətlərə görə hesabların ödənişi üçün maliyyə vəsaitinin olmasını sübut edə bilməyən miqrantların ölkəyə girişinə mane olurdu.

AZƏRTAC xəbər verir ki, Co Baydenin sözlərinə görə, onun administrasiyası keyfiyyətli və əlçatan tibbi yardımının əldə olunmasına tərəfdardır. O əlavə edib ki, bu, ölkəyə qanuni əsaslarla miqrasiya etməyə çalışan, lakin əhəmiyyətli dərəcədə maliyyə vəsaiti olmayan və ya müvafiq planların məhdud siyahısına daxil edilmiş tibbi sığortanı əldə etməyən vətəndaşlığı olmayan şəxslərə qadağa qoymadan da mümkündür.

Tibbi sığorta barədə tələb Tramp administrasiyasının qanuni miqrasiyanı məhdudlaşdırmaq siyasətinin bir hissəsi idi və ölkəyə qanuni gələn, lakin çoxsaylı məhkəmə araşdırmaları ilə qarşılaşmış miqrantların sayını 65 faiz azalda bilərdi.

Qaydaya görə, “qrin-kart” əldə etmək üçün ABŞ hüdudlarından kənardan müraciət edən insanlar sübut etməli idilər ki, onlar Birləşmiş Ştatlara gəldikdən sonra 30 gün ərzində tibbi sığorta alacaqlar, yaxud da hər hansı potensial tibbi xidmətə görə ödəniş etmək üçün onların kifayət qədər vəsaiti var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video